Ermənistan torpaqlarının bir hissəsi Azərbaycan Respublikası tərəfindən zəbt olunma ehtimalı

Bazar ertəsi 26 Sentyabr 2022 - 10:57
https://az.iswnews.com/?p=13598

Sərhəd döyüşləri zamanı Azərbaycan ordusu 7 dağlıq hərbi mövqeyini ələ keçirməklə Ermənistan ərazisindəki müdafiə mövqelərinə nüfuz etməyə nail olub. Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisi Edvard Esryan Cermuk bölgəsinə səfəri zamanı keçirdiyi mətbuat konfransında Azərbaycanın irəlilədiyini və mövqelərinin nəzarətdən çıxdığını etiraf edir: “Azərbaycan ordusu şəxsi heyət və hücüm ağırlığının üstünlüyünə görə, müdafiə tədbirləri ilə dayandırılan Cermuk yaxınlığında 8,5 km eni və 7,5 km dərinliyi olan ərazidə irəliləyib”.

Həmçinin Ermənistanın Sotek (Zod) şəhərinin əhalisi Azərbaycan ordusunun irəliləməsi ilə əlaqədar tez bir zamanda evlərini boşaldıb. Sotek yaxınlığındakı Kot və Norabak kəndlərinin sakinləri də qaçqın düşüblər.

Gördüyünüz xəritədə Azərbaycan ordusunun irəliləyişi və Ermənistan ərazisinin Cermuk məntəqəsindəki torpaqlarının işğal olunması gedişatı göstərilmişdir.

Tam ölçüdə baxmaq üçün klikləyin

Azərbaycan hərbi cinayətlər törətməkdə ittiham olunur

Erməni mənbələri 141 erməni əsgərin öldüyünü bildirir, lakin Azərbaycan tərəfi 400 erməni itkisinin olduğunu təxmin edir. Azərbaycan dövlət televiziyası da Rusiyanın vasitəçiliyi ilə əsir götürülən və tezliklə azad ediləcək 5 erməni əsgərinin olduğunu bildirib.

Ermənistan MN-in qərərgah rəisi Azərbaycanı hərbi cinayətlərdə ittiham edir və bildirir: “Erməni əsgərlərinin cəsədlərinin başları, qolları və ayaqları meyitlərdən ayrılıb”. Amma Azərbaycan mediaları deyirlər: “Hərbi məhkəmə 32 erməninin meyitinə baxış keçirib və heç bir işgəncə izi aşkar olunmayıb. Daha 95 əsgərin cəsədi də Rusiyanın vasitəçiliyi ilə 20 sentyabr tarixində təhvil verilib.”

Real TV-in qeyri-rəsmi açıqlaması

“Real TV” xəbər kanalının direktoru, Mir Şahin Ağayev ələ keçirilən ərazilərlə bağlı reportaj hazırlayıb. Adətən onun açıqlamaları Azərbaycan hökumətinin qeyri-rəsmi bəyanatları olur və bu ölkənin rəsmi şəxslərinin fikirlərini ehtiva edir. Mirşahin Ağayev açıqlamasında vurğulayıb: “Bizim (Azərbaycan) ordumuz əks hücumla Ermənistanın irəliləməsinin qarşısını alıb. Bu gün biz fəxrimiz olan Göyçə gölünün (kiçik Sevan gölü) kənarındayıq. Amma biz rəsmi sərhədlərə hörmət edirik. Zəngəzur (Ermənistanın Sionik vilayəti) Azərbaycanın ayrılmaz və mənəvi hissəsidir və bizim orada olmağa haqqımız var”.

Atəşkəsin pozulması iddia edilir

Ermənistan Müdafiə Nazirliyi 20 sentyabr tarixində Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması və yüngül silahlardan istifadə edərək atəşə tutması barədə məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi də İran İslam Respublikasının birinci telekanalının xəbər təhlilinin şəklini nümayiş etdirərək yazıb: “İran televiziyası İranı təhdid edəcək Zəngəzur dəhlizini Turan dəhlizi adlandırıb”. Bu nazirlik qondarma “Zəngəzur- Göyçə” respublikasının Türkiyədə səfirliyinin açılmasını göstərərək yazır: “Vardanis və Cermuka hücum etməkdə Azərbaycanın məqsədi Sionik vilayətinə çatmaqdır”.

Dünya erməniləri Azərbaycanın təcavüzünə reaksiya verib

Livan polisi ermənilərin Azərbaycan səfirliyinə doğru yürüşünün qarşısını alıb. Fransa erməniləri də Azərbaycan səfirliyi qarşısında böyük toplantı təşkil ediblər. Həmçinin Vaşinqtonda Azərbaycan səfirliyinin hasarları etiraz plakatları ilə doldurulub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam