İran Kabil və Hərat əhalisinə humanitar yardım edib

Şənbə 24 Sentyabr 2022 - 14:03
https://az.iswnews.com/?p=13555

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Əfqanıstan xalqına humanitar yardımının davamı olaraq Kabil və Hərat şəhərlərində 3 min imkansız ailəyə yeni yardım paketləri paylanılıb.

İranın Kabildəki səfirliyinin elanına əsasən, Ərbəin münasibətilə İranın humanitar və dini yardımları Kabil və Həratda 3 min kimsəsiz ailəyə paylanıb.

Həmçinin ötən həftə İranın təcili yardımı Əfqanıstanın su basmış bölgələrinə göndərilib və paylanıb.

İranın Əfqanıstan xalqına çoxsaylı qardaşlıq və humanitar yardımları o vaxt həyata keçirilir ki, Taliban hökuməti bu ölkə xalqının daxili istəyinə rəğmən, qərb qonşusuna bədbindir və su hüquqlarının və qonşuluq öhdəliklərinin təmin edilməsi məsələlərində hələ də gecikir.

Şəkil arxivdəndir.

Daha çox oxuyun:
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 5 İyun 2022
İranın humanitar yardımı Qəzni vilayətinin əhalisinə çatıb
İran İslam Respublikası Əfqanıstana humanitar yardım etdi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir