21 sentyabr inqilabının ildönümü münasibətilə Yəmən ordusu möhtəşəm parad keçirib + FOTO

Cümə 23 Sentyabr 2022 - 14:53
https://az.iswnews.com/?p=13520

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 21 sentyabr inqilabının ildönümündə Yəmən ordusu yeni hərbi texnika, o cümlədən Asif döyüş qayıqları, Qüds 3 qanadlı raketləri və Hatəm, Fələq, Kərrar ballistik raketləri və … nümayiş etdirib.

Yəmən ordusu 21 sentyabr inqilabının ildönümü paradında Yəmənin paytaxtı Sənaanın əs-Səbin meydanında keçirilən paradda Asif döyüş qayıqları, Qüds 3 qanadlı raketləri, Hatəm, Fələq, Kərrar və Bəhrul-Əhmər ballistik raketlərini nümayiş etdirib. Bu raketlər arasında “Hatəm” raketi İranın “Xeybərşekən” raketinə çox bənzəyir.

Qeyd edək ki, Səudiyyə koalisiyasının Yəmənə hücumunun başlaması ilə İranın silahlı qüvvələri və müqavimət dəstələri Ənsarullah hərəkatı və Yəmən ordusunun köməyinə çatdı və bütün növ raketlərin, dronların və digər avadanlıqların hazırlanması üzrə biliklər, nümunələr və köçürmələrlə məzlum Yəmən xalqına dəstək oldular.

2014-cü ildə Yəmən xalqı Əbd Rəbə Mənsur Hadi və onun hökumət qüvvələrinin ərəb ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının xəyanətindən və tabeçiliyindən bezmiş və Yəmənin müxtəlif şəhərlərində ona qarşı kütləvi aksiyalar təşkil etmişdi. 2014-cü il sentyabrın 21-də Ənsarullah Sənaa şəhərinə daxil olduqdan sonra Hadi Yəmən prezidentliyindən istefa verdi və onun hökumət rəsmiləri Yəmən parlamenti tərəfindən vəzifədən azad edildi. Bu dəyişikliklərdən və hökuməti Ənsarullahın nəzarətə götürməsindən sonra Səudiyyə Ərəbistanı və BƏƏ Yəmən xalqına və Ənsarullaha qarşı koalisiya yaratmış, Mənsur Hadi və müttəfiqlərini dəstəkləyərək bütün Yəmənə hücum etmişdi.

Daha çox oxuyun:
Hərbi Məlumat: Strateji Xeybərşekən Raketi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir