Suriyada baş verən son hadisələr, 21 Sentyabr 2022
![](https://az.iswnews.com/wp-content/uploads/2022/09/Syria-en_2022-09-21.jpg)
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Raqqa vilayətinin Eyn İsa şəhəri ətrafında yerləşən Fatisə kəndinə dron hücumu nəticəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü həlak olub.
1- Hələb:
– Sentyabrın 21-də terrorçular Hələbin qərbində yerləşən Atarab şəhərinin ətrafında yerləşən Suriya ordusunun qərargahını hədəfə alıblar. Hələlik bu hücum nəticəsində ölənlərin və dəyən zərərin miqdarı barədə məlumat verilməyib.
– Sentyabrın 20-də kürd silahlıları Afrin ətrafında yerləşən Küveytur-Rəhmə düşərgəsini artilleriya hücumları ilə hədəfə aldılar.
– Sentyabrın 18-də Suriya ordusunun Hələbin qərbindəki terrorçuların mövqelərinə artilleriya zərbələri nəticəsində terrorçuların 3 üzvü həlak olub.
2- İdlib:
Sentyabrın 17-da Rusiya ordusunun qırıcıları İdlibin qərb ətrafında yerləşən Şeyx Yusif və Hafsirca kəndlərində silah-sursat anbarlarına və terrorçuların toplaşdığı yerə hücumlar həyata keçirib, nəticədə Bilal Səid və Əbu Dəccanə Əd-Deyri adlı iki cəbhə komandiri də daxil olmaqla 45 terrorçu həlak olub.
Daha çox oxuyun: Rusiyanın İdlibə endirdiyi hava zərbələri nəticəsində 45 terrorçu həlak olub
3- Dəraa:
– Sentyabrın 17-də Daail şəhərində keçmiş terrorçuların üzvlərindən biri naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
– Sentyabrın 19-da Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsinin bir üzvü Eyn Zəkər qəsəbəsində naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
4- Deyr əz-Zor:
Sentyabrın 19-da Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika koalisiyasının mövqeləri müqavimət dəstələrinin raket hücumu ilə hədəfə alınıb.
Daha çox oxuyun: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib
5- Raqqa:
Sentyabrın 21-də Türkiyə ordusunun Eyn İsa şəhərinin kənarındakı Fatisə kəndinə dron hücumu nəticəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü həlak olub.
6- Həsəkə:
Sentyabrın 19-da Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər ətrafını artilleriya hücumu ilə hədəfə alıblar.
7- Sentyabrın 20-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 3 dəfə pozublar, onlardan 1-i İdlib vilayətində, 1-i Latakiya vilayətində, 1-i isə Hələb vilayətində baş verib.
8- Sentyabrın 20-də Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarının bölgələrində üç kürd silahlısının öldürüldüyünü açıqladı.
Rəy