Digər 95 erməni meyiti Ermənistana təhvil verilib

Çərşənbə axşamı 20 Sentyabr 2022 - 15:16
https://az.iswnews.com/?p=13481

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Az TV-ə istinadən xəbər verir ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bü gün 20 sentyabr tarixində daha 95 erməni meyitinin Ermənistan tərəfinə təhvil verilməsi barədə məlumat yayımlayıb.

Ermənistan və Azərbaycan hərbçiləri arasında baş vermiş 2022-ci ilin 12-14 sentyabr tarixlərində sərhəd münaqişələrində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yayımladığı xəbərə görə Azərbaycan tərəfi cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirdikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı proses davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl 32 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Daha çox oxuyun: Azərbaycan 32 erməni əsgərinin meyitini Ermənistana təhvil verib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir