Rusiyanın İdlibə endirdiyi hava zərbələri nəticəsində 45 terrorçu həlak olub

Çərşənbə axşamı, 20 Sentyabr 2022 - 12:40
https://az.iswnews.com/?p=13475

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusunun qırıcılarının İdlib vilayətində silahlı qüvvələrin mövqelərinə endirdiyi hava hücumu nəticəsində ikisi cəbhə komandiri olmaqla, 45 terrorçu həlak olub.

Suriyadakı Rusiya Barışıq Mərkəzinin müavini admiral Oleq Juravlovun sözlərinə görə, şənbə günü (17 sentyabr) Rusiya ordusunun qırıcıları Şeyx Yusif və Həfsirca kəndlərində silah-sursat anbarlarına və terrorçuların toplaşdığı yerə hücum ediblər. İdlibin qərb ətraflarında terrorçuların 45 üzvü, o cümlədən “Bilal Səid” və “Əbu Dəcanə Əl-Diri” adlı iki cəbhə komandiri öldürülüb.

Agentliyimizin Suriyadakı mənbəsinin dediyinə görə Rusiya ordusu kəşfiyyat dronlarından istifadə edərək terrorçuların mövqelərini dəqiq müəyyən etdikdən sonra hücumlara başlayıb. Bu hücumlarla eyni vaxtda Suriya ordusunun artilleriyası Əl-Ənkavi, Qalidin, Əl-Futeyrə, Hərəş Bənin bölgələrindəki terrorçuların mövqelərini də hədəfə alıb.

Bu cəbhə mənbəyi vurğuladı ki, “Cəbhət ən-Nusra” İdlibin qərb bölgələrindən öz avadanlıq və sursatlarını saxlamaq üçün qərargah və anbarlar yaratmaq üçün yer kimi istifadə edir.

Qeyd edək ki, İdlib cəbhəsi vaxtaşırı terrorçular ilə Suriya ordusu arasında atışma və toqquşmaların şahidi olsa da, meydanda və tərəflərin nəzarətində olan ərazilərdə heç bir dəyişiklik yoxdur.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.