Fələstində baş verən son hadisələr, 19 Sentyabr 2022

Bazar ertəsi 19 Sentyabr 2022 - 18:58
https://az.iswnews.com/?p=13457

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin İordan çayının qərb sahilində silsilə təhlükəsizlik əməliyyatlarının davamında 14 fələstinli anti-İsrail əməliyyatları keçirməyə cəhd, silah daşımaq və saxlamaq ittihamı ilə həbs edilib.

– Sentyabrın 15-də İsrail rejimi hərbçilərinin İordan çayının qərb sahilinin şimalında yerləşən Cəninin qərbindəki Kəfər Dan bölgəsinə hücumu zamanı 16 yaşlı fələstinli yeniyetmə “Adi Tarad Hişam Salah” sionist əsgərlər tərəfindən güllələnib.
– Sentyabrın 14-də sionist rejimin 7-ci telekanalı 207 yəhudi immiqrantın Efiopiyadan işğal olunmuş Fələstinə daxil olduğunu bildirdi.
– Sentyabrın 14-də BƏƏ-nin yüksək rütbəli iqtisadi nümayəndə heyətinə başçılıq etdiyi BƏƏ-nin xarici işlər naziri “Abdullah Bin Zayed Ali Nehyan” işğal olunmuş Fələstinə daxil olub.
– Fələstin HƏMAS İslami Müqavimət Hərəkatı bəyanat dərc etməklə, İsrail rejiminin Suriya ərazisinə təkrar hücumlarını qınamaqla və bu ölkə ilə əlaqələrin vacibliyini vurğulamaqla yanaşı, sionist düşmənlə qarşıdurmada ümmətin birliyinə dəvət edib.

Daha çox oxuyun: Təxminən on ildən sonra HƏMAS və Suriya arasında münasibətlər bərpa olunur!

– İsrail ordusunun kəşfiyyat rəhbəri bəyan etdi ki, Hizbullah olmasaydı, Livan da İsraillə münasibətləri normallaşdırmaq müqavilələrinə qoşulardı!
– Sentyabrın 18-də İsrail əsgərləri işğal altındakı Qüdsün şimal-şərqində yerləşən Anata qəsəbəsindəki Fələstinli qızlar məktəbinə basqın edərək məktəbə gözyaşardıcı qaz ataraq bir neçə şagirdin boğulmasına səbəb olublar.
– Sentyabrın 18-də Fələstin müqavimət qüvvələrinin atəşindən sonra Nablus səmasında sionist rejimin dronu vuruldu.
– İsrailli jurnalist Barak Ravid bildirib ki, İsrailin baş naziri Yair Lapid çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyası çərçivəsində görüşəcək.
– Sentyabrın 16-da sionist rejimin Qüds şəhərindəki məhdudiyyətlərinə baxmayaraq, 60 min fələstinli Əl-Əqsa məscidində cümə namazında iştirak edib.
– Sentyabrın 18-də Fələstin Milli İdarəsinin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
– Keçən həftə “Maariv İvrit” qəzeti naməlum şəxslərin “Şabta” bazasına girərək İsrail ordusunun yatmış artilleriya zabitlərinin üç silahını oğurladığını bildirib.
– Ötən 24 saat ərzində 14 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir