Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib

Bazar 18 Sentyabr 2022 - 23:54
https://az.iswnews.com/?p=13440

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika koalisiyasının mövqeləri müqavimət dəstələrinin raket hücumları ilə hədəfə alınıb.

Sentyabrın 18-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri bir neçə raketlə hədəfə alınıb. Hələlik bu hücum nəticəsində ölənlərin və dəyən ziyanın miqdarı barədə məlumat verilməyib.

Agentliyimizin cəbhə mənbəyinin verdiyi məlumata əsasən, raketlər atıldıqdan sonra bu bazadan partlayış səsləri gəlib və bazanın səmasında tüstü müşahidə olunub.

Xatırladaq ki, bu il sentyabrın 3-də Amerika koalisiyasının Əl-Ömər neft yatağındakı bazası üç raketlə hədəfə alınmışdır.

Daha çox oxuyun: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir