Suriyada baş verən son hadisələr, 18 Sentyabr 2022

Bazar, 18 Sentyabr 2022 - 23:38
https://az.iswnews.com/?p=13433

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Hələb əyalətində yerləşən Eyn əl-Ərəb şəhərinin şərqində Suriya ordusunun mövqelərinə hücumları nəticəsində iki suriyalı əsgər şəhid olub.

1- Hələb:
– Sentyabrın 18-də Türkiyə ordusunun aviasiyası Eyn Əl-Ərəb şəhərinin kənarında yerləşən Qarmuq kəndində Suriya Ordusu və Suriya Demokratik Qüvvələrinin (SDQ) birgə qərargahını hədəfə alıb. Hələlik bu hücum nəticəsində ölənlərin və dəyən zərərin miqdarı barədə məlumat verilməyib.

– Sentyabrın 18-də Türkiyə ordusunun Eyn Əl-Ərəbin şərqindəki Cişan kəndində Suriya ordusunun mövqelərinə artilleriya hücumları nəticəsində iki Suriya əsgəri şəhid olub.
– Sentyabrın 16-da Suriya ordusu Hələbin qərbində yerləşən Kəfərəmə kəndindəki terrorçuların mövqelərini artilleriya zərbələri ilə hədəfə alıb.

2- İdlib:
– Sentyabrın 15-də Suriya ordusunun qüvvələrindən biri Səraqib cəbhəsində şəhid oldu.

– Sentyabrın 15-də İdlibin cənubunda yerləşən Əl-Vəyhə və Hərəş Bənin kəndlərində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Sentyabrın 17-də Rusiya qırıcı təyyarələri İdlibin şimal-qərbində yerləşən Hafserja şəhərinin kənarındakı terrorçuların mövqelərini hədəfə alıblar.
– Sentyabrın 17-də Rusiya qırıcı təyyarələri İdlibin qərb kənarında yerləşən Şeyx Yusif kəndinin kənarındakı terrorçuların mövqelərini hədəfə alıblar.

3- Dəraa:
– Sentyabrın 17-də Suriya təhlükəsizlik qüvvələrinin Ənxəl şəhərindəki qərargahı naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.
– Sentyabrın 15-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Sənamin şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Sentyabrın 14-də Dəraa şəhərinin qərbində yerləşən Təll-Şəhab ​​şəhəri yaxınlığında iki naməlum cəsəd aşkar edilib.
– Sentyabrın 14-də Əl-Musayrafə şəhərində keçmiş silahlı qüvvələrin komandirlərindən biri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirildi.
– Sentyabrın 13-də Yeni Şəhər yaxınlığında Suriya ordusu qüvvələrini daşıyan avtobusa naməlum silahlı ünsürlərin hücumu nəticəsində 4 Suriya əsgəri yaralanıb.

4- Deyr əz-Zor:
Sentyabrın 18-də Amerika koalisiya qüvvələri Ziban bölgəsində patrul xidməti həyata keçirib.

5- Raqqa:
Sentyabrın 18-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn İsa ətrafını hədəfə alıblar.

6- Həsəkə:
– Sentyabrın 18-də agentliyimizin Suriyadakı mənbəsi Həsəkə əyalətində yerləşən Əl-Şəddadi şəhərinin cənubunda Amerika koalisiyasının bazasına raket hücumu ilə bağlı yayılan xəbərləri təkzib edib.
– Sentyabrın 15-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə Təll Təmər ətrafını hədəfə aldılar.

7- Homs:
Sentyabrın 13-də naməlum silahlı şəxslərin hücumu nəticəsində Palmira səhrasında Əl-Qüds briqadasının 4 əsgəri şəhid olub, ikisi isə yaralanıb.

8- Dəməşq:
Sentyabrın 17-də İsrail rejiminin qırıcıları Təbəriyyə gölünün şimal-şərq tərəfindən Dəməşq Beynəlxalq Hava Limanı və həmçinin Dəməşq şəhəri ətrafındakı yerləri hədəfə alaraq raket zərbələri endirib. Bu hücum beş suriyalı əsgərin şəhid olması və maddi ziyanla nəticələnib.

Daha çox oxuyun: Sionist rejimin Dəməşqə hava hücumu nəticəsində 5 suriyalı əsgər şəhid oldu + FOTO

9- Sentyabrın 15-də Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq, İsrail rejiminin Suriya ərazisinə təkrar hücumlarını pisləyərək, bu ölkə ilə əlaqələrin vacibliyini vurğulayaraq, xalqın Sionist düşmənə qarşı mübarizədə bir olmalarına çağırıb.

Daha çox oxuyun: Təxminən on ildən sonra HƏMAS və Suriya arasında münasibətlər bərpa olunur!

10- Sentyabrın 17-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terroçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozublar, bunlardan 1-i İdlib əyalətində, 1-i Latakiya əyalətində və digəri isə Hələb vilayətində baş verib.

11- Sentyabrın 16-da Türkiyənin Müdafiə Nazirliyi Sülh Çeşməsi əməliyyatı bölgəsində iki kürd silahlısının həlak olduğunu açıqladı.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.