Livan Hizbullahı və SEPAH-ın xüsusi təyinatlılarının dağlardakı təlimləri + Video

Cümə axşamı 17 Fevral 2022 - 19:30
https://az.iswnews.com/?p=1341

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Hizbullah Xüsusi Təyinatlı Qüvvələrinin Livanda Əl-İilam Əl-Hərbi tərəfindən dağlarda təlim keçdiyi videonun yayılması ilə eyni vaxtda İran mediası İslam İnqilabı Keşikçiləri Korpusunun Xüsusi Təyinatlı Qüvvələrinin qarda döyüş təlimlərinin görüntülərini dərc edib.

Livan Hizbullahının mediası bu ölkənin yüksək dağlıq ərazilərində Rizvan dəstəsinin (Livan Hizbullahının Xüsusi Təyinatlı Qüvvələri) təlimlərinin bir hissəsini əks etdirən “Bəzun min bəəsina” (şücaətimizin bir hissəsi) adlı video yayımlayıb.
1370 metr hündürlükdə və mənfi 2 dərəcə temperaturda qeydə alınan bu videoda Hizbullah qüvvələrinin tam təchizatlı olduğu, çox sərt iqlim şəraitində müxtəlif əməliyyatlar üçün məşq etmək üçün qar arabalarından və xizəklərdən istifadə etdiyi göstərilir.

Digər tərəfdən, Livan Hizbullahı xüsusi təyinatlılarının təlim keçdiyi eyni vaxtda Qarlı hava şəraitində İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlıların məşq videoları yayımlanıb; Korpusun bir neçə briqadası bu məşqdə istirak edib, o cümlədən Mirzə Kuçək Xan Briqadası, İmam Həsən Müctəba (ə) xüsusi briqadası və Saberin Xüsusi Bölməsi.
SEPAH quru qoşunlarının xüsusi təyinatlıları müasir texnikadan istifadə etməklə, çətin və qarla örtülmüş şəraitdə döyüşlərdə sağ qalmağı, silah və texnika ilə xizək sürməyi, qar mağaralarının tikintisini, yaralıların daşınmasını, qarda hücumu, rappelling və buza dırmanmanı , dörd təkərli maşınla qara dırmanmanı, uzun məsafəli yol getməni və qarda atışı məşq ediblər.

Livan Hizbullahı Xüsusi Təyinatlı Qüvvələrinin dağlardakı təlimləri
İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunları xüsusi təyinatlılarının qardakı döyüş təlimləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir