Yəməndə baş verən son hadisələr, 17 Sentyabr 2022

Şənbə, 17 Sentyabr 2022 - 23:05
https://az.iswnews.com/?p=13393

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Qurtuluş Hökumətinin Daxili İşlər Nazirliyinə tabe olan qüvvələrin paradı 20 min hərbi qüvvə və min hərbi maşının, eləcə də Yəmən inqilabının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husinin çıxışı və digər Yəmən dövlət rəsmilərinin iştirakı ilə keçirilib.

1- Sənaa:
Yəmənin Qurtuluş Hökumətinin Daxili İşlər Nazirliyinə tabe olan qüvvələrin parad mərasimi 20 minlik hərbi qüvvə və 1000 hərbi maşının iştirakı, həmçinin Yəmən İnqilabının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husinin çıxışı və digər Yəmən dövlət rəsmilərinin iştirakı ilə keçirilib. Seyid Əl-Husi Şəhid Taha Həsən Əl-Mədaninin Daxili İşlər Nazirliyinin təşkilatçılığının təşkilindəki rolunu yüksək qiymətləndirərək, Səudiyyə koalisiyasının təkfirçilərdən istifadə edərək təhlükəsizlik hücumları və müxtəlif sui-qəsdlərinə işarə edərək, Daxili İşlər Nazirliyi və Yəmən təhlükəsizlik qüvvələrinin səylərini bu halların zərərsizləşdirilməsində əsas amil olduğunu bildirib.

2- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 118 dəfə pozub.

3- Həzərmut:
Əl-Hibəl-Həzrəmiyyə (BƏƏ tərəfindən dəstəklənir) silahlıları Cənub Keçid Şurasından maliyyə, inzibati və hərbi müstəqillik tələb ediblər.

4- Sokotra:
Amerika hərbi məsləhətçiləri dəniz naviqasiya marşrutlarına nəzarət etmək və Sokotra adasının resurslarını istismar etmək üçün yeni kəşfiyyat otaqları yaratmaq məqsədi ilə dəniz yolu ilə Hadibu limanına daxil olublar.

5- İslah Partiyasının zəifləməsi və Əl-Qaidənin Yəmənin işğal olunmuş ərazilərindəki hərəkatları ilə eyni vaxtda 14 sentyabrda İŞİD terror qruplaşması Yəməndəki tərəfdarlarını bu gün Şəbvə və Əbyən əyalətlərində Səudiyyə koalisiyasının dəstəklədiyi silahlı qruplara hücum etməyə çağırıb.

6- Sentyabrın 16-da Ənsarullahın sözçüsü və Yəmən hökumətinin danışıqlara məsul şəxsi Məhəmməd Əbdül-Salam Livana səfəri zamanı Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb. Bu görüşdə tərəflər Yəməndə atəşkəs danışıqları və regional hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.