Təxminən on ildən sonra HƏMAS və Suriya arasında münasibətlər bərpa olunur!

Cümə axşamı 15 Sentyabr 2022 - 21:42
https://az.iswnews.com/?p=13263

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı Suriya ilə təxminən 10 ildən sonra əlaqələri bərpa etmək qərarını bəyanat yayaraq açıqlayıb.

Sentyabrın 24-də Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq, İsrail rejiminin Suriya ərazisinə dəfələrlə hücumlarını qınayaraq, bu ölkə ilə əlaqələrin vacibliyini vurğulayaraq, sionist düşmənlə qarşıdurmada ümmətin birliyinə çağırıb.

Bu bəyanatda bildirilir ki, “HƏMAS İslami Müqavimət Hərəkatı bölgədə Fələstin xalqına və onun ədalətli hədəflərinə zərər vuran təhlükəli hadisələri diqqətlə izləyir. Bu hadisələrin bariz nümunəsi, onlarla münasibətləri normallaşdırmaq üçün müxtəlif üsullar tətbiq etmək, sionist düşməni regiona qatmaq cəhdi, regiona və onunla yanaşı, regionun sərvətlərinə nəzarət etmək, sərvətlərini talamaq, xalqlar və ölkələr arasında fitnə-fəsad törətmək, qlobal sionist planları qarşısında dayanan təsirli və nüfuzlu cərəyanları hədəfə almaqdır”.

Bəyanatda deyilir: “Bu hərəkat sionist düşmənin əziz Suriya ölkəsinə qarşı hücumlarını və fəaliyyətlərini, o cümlədən bombardman etmək, öldürmək, dağıtmaq və bu ölkəni parçalamaq və xüsusilə Fələstinlə bağlı fəal və konstruktiv tarixi mövqeyindən uzaqlaşdırmaq cəhdlərini diqqətlə izləyir. Suriya bu neçə onilliklər ərzində Fələstin xalqına və müqavimət dəstələrinə ev sahibliyi edib və edir. Bu ölkəyə qarşı amansız təcavüzə qarşı onun dəstəkçisi olmağımız lazımdır”.

HƏMAS-ın bəyanatında aşağıdakı məqamlar vurğulanır:

1- Həmas hərəkatı sionist düşmənin Suriyaya təkrar hücumlarını, xüsusilə son günlərdə Dəməşq və Hələb hava limanlarının bombalanmasını qətiyyətlə qınayır və bu təcavüzlərə qarşı əziz Suriya ölkəsini dəstəklədiyini bəyan edir.

2- Fələstin xalqını və onun ədalətli hədəfini dəstəklədiyi üçün Suriya rəhbərliyi və xalqını təqdir edirik və ümid edirik ki, bu ölkə İslam və ərəb ümməti arasında yerini yenidən qazanacaq. HƏMAS Suriyada sülh, sabitlik və rifahın əldə edilməsinə yönəlmiş bütün səmimi səyləri dəstəkləyir.

3- HƏMAS Suriya xalqının və torpağının birliyi ilə bağlı sabit mövqeyində ölkəni parçalamaq cəhdini qınayır.

4- Biz sionist rejimin ümməti parçalamaq və onun sərvətlərini talamaq məqsədi ilə mənfur plan və fitnələrinə qarşı birlikdə dayanacağıq. Biz hamımız sionist düşmənə müqavimət göstərmək və onun planlarına qarşı çıxmaq üçün vahid milli, ərəbi və islami xəttindəyik.

5- HƏMAS İslam ümmətinin mənafeyini həyata keçirmək üçün bütün təbəqələr, spektrlər və ölkələr arasında ixtilafların bir kənara qoyulmasını, uzlaşma və anlaşmasını tələb edir.

6- HƏMAS bir daha ümmət, İslami və ərəbi ölkələri və Fələstin müharibəsinin və müqavimətinin bütün tərəfdarları ilə əlaqələrini inkişaf etdirmək və gücləndirmək üçün sabit strategiya və səylərini vurğulayır. Bu baxımdan, bu hərəkat Suriya ölkəsi ilə əlaqələrini bərpa etmək qərarı çərçivəsində millətinə və hər şeydən əvvəl Fələstin məsələsinə xidmət etmək üçün Suriya ölkəsi ilə əlaqələri gücləndirmək üçün səylərini davam etdirdiyini vurğulayır.

Bununla bağlı Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xızr Həbib HƏMAS hərəkatının Suriya ilə güclü əlaqələri inkişaf etdirmək üçün hərəkətini düzgün istiqamətdə atılan addım adlandırıb. O deyib: “HƏMAS-ın bu hərəkəti düzgün istiqamətdə atılan addımdır və İsraillə qarşıdurmada müqavimət cəbhəsini gücləndirəcək. Münasibətlərin kəsilməsi HƏMAS-ın, Suriyanın, hətta Fələstin məsələsinin də xeyrinə deyil”.

Xatırladaq ki, təxminən 10 il əvvəl Suriyada baş verən iğtişaşlar zamanı HƏMAS hərəkatı Suriya hökumətinin terrorçulara qarşı hərəkətlərinə qarşı çıxdığı üçün Suriya hökuməti ilə münasibətlərini kəsmiş və bu hərəkatın üzvləri Dəməşqi tərk etmişdi.

Keçən ay Fələstin xaricindəki HƏMAS hərəkatının lideri Xalid Məşəl Əl-Cəzirə kanalına verdiyi müsahibədə iğtişaşların başlaması ilə eyni vaxtda HƏMAS-ın Suriyadan çıxarılmasının səbəblərini müzakirə edərək demişdi: “Bu qərar HƏMAS rəhbərliyi tərəfindən verilmişdir; çünki Dəməşqdə təhlükəsizlik vəziyyəti artıq əvvəlki kimi deyildi. HƏMAS öz öhdəliklərini yerinə yetirə bilmirdi”.

HƏMAS və digər region ölkələrinin mövqelərinin dəyişməsi Suriyanın müqaviməti və öz mövqeləri üzərində dayanması, həmçinin Dəməşqin terrorçulara qarşı qələbəsi nəticəsində baş verir. Bir neçə ildən sonra müttəfiqlərin köməyi ilə rəsmi Suriya hökumətinin qüdrətinin artması region ölkələrinin və dünyanın yüksək səviyyəli rəsmilərini Dəməşqə qarşı mövqelərini yenidən nəzərdən keçirməyə vadar edib.

Bundan əvvəl, son aylarda bir sıra ərəb ölkələri Suriya hökumətinə qarşı əvvəlki mövqelərindən geri çəkilərək, bu ölkə ilə münasibətləri normallaşdırıb və Dəməşqdəki səfirliklərini yenidən açıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir