Yəməndə baş verən son hadisələr, 16 Fevral 2022
![](https://az.iswnews.com/wp-content/uploads/2022/02/sanaa-1-768x432-1.jpg)
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullahla Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurmalar Mərib əyalətinin cənub cəbhələrində, Səədə və Həccə əyalətlərinin şimal sərhədlərində davam edir.
1- Həccə:
Hərəz şəhərinin kənarında Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında ara-sıra toqquşmalar davam edir. Hazırda Səudiyyə koalisiyasının Hərəz şəhərinin işğal etmək əməliyyatı dayandırılıb və Ənsarullahın yardımçı qüvvələri bu şəhərə köçürülüb.
2- Səədə:
- Səudiyyə koalisiyasının Ənsarullahın Əl-Səfra şəhərindəki mövqelərinə ağır hücumu Ənsarullah tərəfindən dəf edilib və zərərsizləşdirilib.
- Səudiyyə koalisiyasının Mənbeh, Əl-Şəda və Səhar şəhərlərinə artilleriya hücumları nəticəsində 11 mülki şəxs yaralanıb.
3- Mərib:
- Ənsarullah Hərib şəhərinin kənarında Səudiyyə koalisiya qüvvələrinin mövqelərinə hücum edib. Bəzi yerli mənbələr Əl-Əmaləqə qüvvələrinin Həribdə mühasirəyə alındığını bildirib.
- Şərqi Əl-Bəlq və Əl-Fəlihə cəbhələrində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında toqquşmalar davam edir.
4- Təiz:
Əl-Himə bölgəsindəki qəbilələr Səudiyyə koalisiyasına qarşı xalqı səfərbər etməyə çağıran “Yəmən Fırtınası” kampaniyasına cavab olaraq toplaşaraq öz döyüşçülərini döyüş meydanlarına göndəriblər.
5- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullahın nəzarətində olan əraziləri 34 dəfə bombalayıb.
Bu hücumların təfərruatı belə dir: Həccə əyalətində 7 dəfə Hərəz şəhəri və 3 dəfə Midi şəhəri, Mərib vilayətində 10 dəfə Əl-Cəvbə şəhəri, 5 dəfə Əl-Vadi şəhəri və 2 dəfə Sirvah şəhəri, Əl-Cəvf əyalətində 2 dəfə Əl-Mətmə şəhəri, 2 dəfə Xubb və Əl-Şəəf şəhəri, Sənaa əyalətində 2 dəfə Mənaxə şəhəri və Səədə vilayətində bir dəfə Əl-Əcaşir səhrası.
6- Əl-Hudəydə:
- Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 363 dəfə pozub.
- Əl-Hudəydə əyalətinin cənubunda yerləşən Əl-Təhita şəhərinin şərqində minanın partlaması nəticəsində üç mülki şəxs şəhid olub.
![](https://aze.iswnews.com/wp-content/uploads/2022/02/Landmine-explosion-in-Tuhayta-2-1024x576.jpg)
![](https://aze.iswnews.com/wp-content/uploads/2022/02/Landmine-explosion-in-Tuhayta-1-1024x576.jpg)
7- Sənaa:
BMT-nin Yəməndəki humanitar koordinatoru Devid Qrisli Səudiyyə koalisiyasının qırıcı təyyarələrinin bombardmanı zamanı TellYəmən Beynəlxalq Əlaqələr şirkətinin dağıdılmış məntəqəsinə baş çəkib.
![](https://aze.iswnews.com/wp-content/uploads/2022/02/sanaa-3-1024x576.jpg)
![](https://aze.iswnews.com/wp-content/uploads/2022/02/sanaa-2-1024x576.jpg)
![](https://aze.iswnews.com/wp-content/uploads/2022/02/sanaa-1-1024x576.jpg)
Rəy