İraqda baş verən son hadisələr, 15 Sentyabr 2022

Cümə axşamı, 15 Sentyabr 2022 - 20:13
https://az.iswnews.com/?p=13259

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadası Samirranın cənubunda Ərbəin zəvvarlarına və təhlükəsizlik qüvvələrinə hücum üçün təşkil edilmiş terror planının zərərsizləşdirildiyini açıqlayıb.

1- Bağdad:
– Sentyabrın 5-də Bağdadın Əl-Ərsat bölgəsində “Earth Link” internet xidməti şirkətinin binası yaxınlığında əldəqayırma bomba partlayıb. Bu hadisə nəticəsində ölən olmayıb.
– Sentyabrın 7-də ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini Barbara Liu İraqın neft naziri Ehsan Abdul Cəbbar ilə görüşüb və müzakirələr aparıb.
– Sentyabrın 8-də ABŞ-ın Qərbi Asiyadakı terror qərargahının (CENTCOM) komandiri Bağdadda İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşüb və danışıb. Bu görüşdə tərəflər regionda və İraqda baş verən son hadisələr, terrorizmlə mübarizə, ikitərəfli əməkdaşlıq və təhlükəsizlik, hərbi, xüsusilə də məsləhət və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi səylərini müzakirə ediblər.

Daha çox oxuyun: Centcom komandiri İraqın baş naziri ilə görüşüb + FOTO

– Sentyabrın 14-də İraq Federal Polisi Bağdadda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 4 terrorçunun həbs edildiyini açıqladı.
– Sentyabrın 14-də məlumatlı təhlükəsizlik mənbəsi Bağdadda Səhiyyə Nazirliyinin əməkdaşının dini alimlərin əleyhinə vərəqələr yaydığına görə həbs olunduğunu bildirdi.

2- Ərbil:
– Sentyabrın 6-da İraq Kürdüstanı bölgəsinin terrorla mübarizə idarəsi PKK silahlılarının Balisan bölgəsindəki qərargahına etdiyi dron hücumu ilə bağlı xəbər yayımlayıb.
– Sentyabrın 8-də Bağdadda İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşdən sonra ABŞ-ın Qərbi Asiyadakı terror qərargahının komandiri general Maykl Kuriella Ərbilə səfəri zamanı İraq Kürdüstanının baş naziri Məsrur Barizani ilə görüşüb. O, bölgədəki son hadisələri və Kürdüstan bölgəsi ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.

Daha çox oxuyun: Centcom komandiri İraqın Kürdüstan bölgəsinin baş naziri ilə görüşüb + FOTO

3- Nəcəf:
Sentyabrın 7-də İraqın daxili işlər naziri Osman Əl-Qanami və İraqın Birgə Əməliyyatlar Qərargahının komandirinin müavini Əbdül Əmir Əl-Şəmmarinin başçılıq etdiyi yüksək səviyyəli təhlükəsizlik heyəti Ərbəin ziyarət planının icrası haqqında nəzarət və məlumatlanmaq üçün Nəcəf Əşrəf vilayətinə daxil olub.

4- Əl-Ənbar:
Sentyabrın 9-da Həşd-Şəəbi Təşkilatı elan edib ki, bu təşkilatın 46-cı briqadasının qüvvələri ətraflı təhlükəsizlik məlumatı əldə etdikdən sonra terrorçuların Əl-Ənbar vilayətinin Ər-Rəzazə bölgəsində Ərbəin zəvvarlarına hücum planını zərərsizləşdiriblər.

5- Səlahəddin:
– Sentyabrın 4-də İraqın təhlükəsizlik xidmətinin informasiya bölməsi Səlahəddin əyalətinin Həmrin dağlarında İŞİD qruplaşmasının sığınacağını müəyyən etdikdən sonra iki terrorçunun həbs edilərək öldürüldüyünü, həmçinin partlayıcı kəmərlər, bombalar və silahların ələ keçirildiyini elan edib.
– Sentyabrın 11-də Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadası Samirranın cənubunda Ərbəin zəvvarlarına və təhlükəsizlik qüvvələrinə hücum etmək üçün təşkil edilmiş terror planının zərərsizləşdirilməsini elan edib.

6- Meysan:
Sentyabrın 5-də Meysan şəhərinin cənubunda İraq Milli Təhlükəsizlik Təşkilatının iki zabiti qətlə yetirilib. Bu sui-qəsddə Milli Təhlükəsizlik Təşkilatının briqada generalı Qasim Davud Salman naməlum silahlı şəxslər tərəfindən öldürülüb, sürücüsü də yaralanıb.

7- Sentyabrın 6-da Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir qüvvəsinin həlak olduğunu bildirdi. Bu türk əsgəri İraqın şimalında Sikorsky helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.

Daha çox oxuyun: İraqın şimalında bir türk əsgəri həlak olub

8- Sentyabrın 7-də İraqın baş naziri Mustafa Əl-Kazimi İran İslam Respublikasının vitse-prezidenti Məhəmməd Muxbir ilə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı və bu əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə etdi.

9- Sentyabrın 8-də Fransanın İraqdakı səfiri Erik Çevali Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri ilə görüşərək İraqdakı siyasi vəziyyət və yeni hökumətin qurulmasını müzakirə etdi.

10- Sentyabrın 11-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 4 əsgərinin həlak olduğunu etiraf edib. Bu 4 əsgərin PKK silahlıları ilə qarşıdurma zamanı və həmçinin İraqın şimalında partlayıcı qurğunun partlaması nəticəsində yaralandığı və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzlərinə aparıldıqdan sonra dünyasını dəyişdiyi bildirilir.

Daha çox oxuyun: İraqın şimalında 4 türk əsgəri həlak olub

11- Sentyabrın 10-da İraq Ordusunun Birgə Əməliyyat Qərargahı Diyalə və Əl-Ənbar vilayətlərindəki əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının iki cəbhə komandiri də daxil olmaqla 11 İŞİD terrorçusunun öldürüldüyünü açıqladı.

12- Sentyabrın 12-də İraq Ordusunun Baş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah NATO-nun İraqdakı komandanı Covanni İannucci ilə İraq Ordusunun imkanlarının inkişafı ilə bağlı danışıb.

13- Sentyabrın 13-də Əl-Furat əməliyyat qərargahının rəhbəri Səccad Əl-Əsədi Kərbəlada fəaliyyət göstərən Ərbəin ziyarətinin təhlükəsizliyində iştirak edən qüvvələrin sayının 20 mindən çox olduğunu açıqladı. Onun açıqlamasına görə, Kərbəlanın müxtəlif bölgələrində bu təşkilatın nəzarəti altında 10 minə yaxın Həşd-Şəəbi qüvvəsi, 8 min könüllü və 4 min xidmət və təşkilat qüvvəsi fəaliyyət göstərir.

14- Sentyabrın 15-də İraqın Həşd-şəəbi Təşkilatının qüvvələri məhkəmə qərarı əsasında ifratçı qruplardan 44 müttəhimi həbs etməyə nail oldular. Bu şəxslərin həbsi yeddi vilayətdə (Kərbəla, Nəcəf, Bağdad, Bəsrə, Divaniyyə, Babil və Diyalə) keçirilən xüsusi əməliyyat zamanı həyata keçirilib.

15- Sentyabrın 15-də İraq Müdafiə Nazirliyi Neynəva vilayətində İŞİD terrorçularına məxsus binanın İraq ordusunun aviasiyası tərəfindən dağıdıldığını bildirdi. Bu hücum nəticəsində 3 İŞİD üzvü öldürülüb.

16- Sentyabrın 14-də İraq Kürdüstan Bölgəsinin prezidenti Neçirvan Barizani Almaniya parlamentinin bu ölkənin hərbi qüvvələrinin Kürdüstan bölgəsi və İraqdakı mövcudluğunu uzadacağına ümid etdiyini bildirib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.