Hüseyniyyun son hadisələrlə əlaqədar bəyanat yayımladı

Cümə axşamı 15 Sentyabr 2022 - 14:10
https://az.iswnews.com/?p=13227

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Hüseyniyyunun rəsmi Telegram səhifəsinə istinadən xəbər verir ki, bu gün 15 sentyabr tarixində Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı baş verən son hadisələrlə əlaqəli bəyanat yayımlayıb.

Bəyanatı olduğu kimi sizə təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim

Azərbaycan xalqının məzlum övladları beynəlxalq sionist qüvvələrin maraqları və çirkin planları yolunda Əliyev rejimi tərəfindən qurban verilir. Bu, qəti şəkildə yolverilməzdir.
Azərbaycanda mənəviyyatsız, qumarbaz, əxlaqsız bir ailənin atdığı bu addım tam şeytani bir siyasətdir və bəsirətli xalqımız övladlarının bu çirkin oyunların qurbanına çevrilməsinin qarşısını almalıdırlar.
Əliyev rejimi tərəfindən cəbhədə baş verən son hadisələr vətən və milli mənafeyimiz uğrunda deyil, Azərbaycanın namusuna göz tikən, sərvətini talayan və ilahi dəyərlərini məhv edən, xalqını təhqir edən iblis qüvvələrinin məkirli planlarının icrası üçün şeytani qüdrətlərin köləsi olan Ermənistan hakimiyyətinin həmkarlığı ilə həyata keçirilən bir ssenaridir.
Rejimin bu çirkin siyasətləri uğrunda İnsanların pak niyyəti və saf hisslərindən sui-istifadə edərək xalqı zalımın qurbangahına sürükləyən “ziyalılar və din xadimləri” bir gün bu etdikləri xəyanətə görə hər iki dünyada cavab verməli olacaqlar.
Azərbaycanın qeyrətli cavanlarının taleyini əyyaş və zalım hakimiyyətin öhdəsinə buraxmaq, bağışlanmayan böyük bir günahdır.
Şəhid və qazi ailələrinə qayğı və diqqət göstərib, onları rejimin ümüdünə buraxmadıqlarına görə xalqımıza dərin təşəkkürümüzü bildiririk və bu məsələdə daha aktiv olmağa səsləyirik. Hər birimiz, qəm-qüssə içərisində olan məzlumların və ailələrinin taleyi üçün Allah qarşısında məsuliyyət daşıyırıq.
Əziz xalqımıza bu çətin fitnələr zamanında Allahdan siyasi bəsirət, agahlıq və uzaqgörənlik diləyirik.
Sonda məlum hadisələrdə əzizlərini itirmiş valideynlərə və ailələrə başsağlığı veririk və Allahdan onlara səbr istəyirik.
Allah rəhmət eləsin!

Hüseyniyyun Azərbaycan İslam Müqaviməti

15 Sentyabr 2022

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir