Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Çərşənbə 14 Sentyabr 2022 - 17:48
https://az.iswnews.com/?p=13182

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər.

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda iştirak edəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir