Paşinyan 105 erməni hərbçinin öldüyünü etiraf edib

Çərşənbə 14 Sentyabr 2022 - 17:28
https://az.iswnews.com/?p=13177

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ermənistanın baş naziri bu gün Ermənistanın parlamentində 105 erməni əsgərinin öldüyünü açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 14 sentyabr tarixində Ermənistanın parlamentində Azərbaycan Respublikası ilə 12 sentyabrdan başlayan münaqişədə erməni tərəfin verdiyi itkilərin 105 nəfər olduğunu açıqlayıb.

Həmçinin o bildirib: “Ermənistan KTMT-nın (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) 4-cü maddəsinə əsasən ölkənin ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan (Respublikası) ordusunun Ermənistan ərazisindən çıxarılmasını təmin etmək üçün tədbirlər görüb”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir