Video: Azərbaycanın Ermənistana dron hücumları

Çərşənbə, 14 Sentyabr 2022 - 16:32
https://az.iswnews.com/?p=13163

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisi daxilində Ermənistan silahlı qüvvələrinin mövqelərinə bu ölkə ordusunun dronları ilə hücumlarının görüntülərini dərc edib.

Azərbaycan ordusu artilleriya hücumları ilə yanaşı, Türkiyənin Bayraktar və İsrailin Harop kamikadze dronlarından istifadə edib. Azərbaycan ordusu hərbi texnikasının böyük hissəsini Türkiyədən və İsrail rejimindən alır və adıçəkilən hökumətlərdən demək olar ki, hər cür silah və texnikanın tam kolleksiyasına malikdir.

Sentyabrın 12 və 13-də Azərbaycan ordusunun Ermənistana hücumları ilə bağlı olan bu videolarda; S300 sistemi də daxil olmaqla bir sıra erməni mövqeləri, radarları və avadanlıqları kamikadze dronlar və Bayraktar dronlarından atılan raketlərlə vurulmasını müşahidə etmək olar.

Daha çox oxuyun:
Azərbaycan və Ermənistan arasında sərhəd münaqişələri davam edir
Azərbaycan və Ermənistan arasında ötən gecə baş verən qarşıdurmaların təfərrüatları + FOTO və VİDEO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.