Azərbaycan və Ermənistan arasında sərhəd münaqişələri davam edir

Çərşənbə, 14 Sentyabr 2022 - 15:48
https://az.iswnews.com/?p=13159

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qafqaz regionunda gərginliyin davam etməsi ilə birgə ötən gecə və bu gün səhər saatlarında Azərbaycan artilleriyası Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Ermənistan ərazisində sərhədyanı rayonlardakı mövqelərini hədəfə alıb.

Azərbaycan ordusu bəyanat yayıb və Ermənistanı Kəlbəcər və Laçın cəbhələrində atəşkəsi pozmaqda ittiham edib və bu məsələni yenidən artilleriya və havadan erməni mövqelərinə zərbələr endirmək üçün bəhanə edib. Ermənistan Müdafiə Nazirliyi də Azərbaycanın hücumlarını təsdiqləyib və Azərbaycan ordusunun Cermuk bölgəsində Ermənistanı hədəfə almaq üçün yenidən pilotsuz təyyarələrdən istifadə etdiyini açıqlayıb.

Dünən Rusiya Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasını elan etməyinə baxmayaraq Qarabağ bölgəsində və iki ölkənin sərhədlərində gərginlik davam edir. Ancaq görünən odur ki, Rusiyanın gərginliyi azaltmaq üçün atdığı addımlar faydasızdır və başda Azərbaycan olmaqla əlaqədar tərəflər onlara əməl etmir.
Buna görə də Rusiya prezidenti Vladimir Putin KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Rusiyanın Azərbaycan və Ermənistan sərhədlərində gərginliyin azaldılması üçün bundan sonra da addımlar atacağını bəyan edib. Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev də iki ölkənin rəsmiləri ilə görüşmək üçün Bakı və İrəvana səfər edəcək.

Bakı hökuməti hələ də Azərbaycan Respublikasının əsas torpağını Naxçıvana birləşdirmək üçün Zəngəzur dəhlizi kimi tanınan dəhlizin yaradılmasını və bu arada Qarabağ regionunda və iki ölkənin sərhədlərində hər hansı bir gərginliyin yaranmasını axtarır ki, hücumlar təşkil etmək, gərginlik və münaqişələri gücləndirmək və əgər vəziyyət kəskinləşərsə, bu məsələdən istifadə edərək öz məqsədinə çatmaq üçün yekun və böyük əməliyyat keçirə bilsin.

Daha çox oxuyun: Azərbaycan və Ermənistan arasında ötən gecə baş verən qarşıdurmaların təfərrüatları + FOTO və VİDEO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.