Fələstində baş verən son hadisələr, 13 Sentyabr 2022

Çərşənbə axşamı 13 Sentyabr 2022 - 23:34
https://az.iswnews.com/?p=13138

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mossad casus kəşfiyyat agentliyinin rəhbəri David Barnea Beynəlxalq Terrorla Mübarizə İnstitutunun konfransında bildirib ki, İsrail nüvə sazişi imzalandıqdan və yenidən icra olunandan sonra da İranın nüvə proqramına qarşı təxribat əməliyyatlarını davam etdirəcək.

– Sentyabrın 11-də baş nazir Yair Lapid Almaniyanın paytaxtı Berlinə səfər edib.
– Sionist rejim Əl-Qüds İslam Vəqfinin müdir müavini Şeyx Nacih Bukeyratın Əl-Əqsa məscidinə girişini 6 ay müddətinə qadağan edib.
– Sentyabrın 11-də bir sıra sionistlər İsrail rejiminin müharibə naziri Benni Qantsın evi qarşısında nümayiş keçirərək Qəzzada əsir götürülmüş İsrail əsgərlərinin azad edilməsi üçün səy göstərməyi tələb ediblər.
– Sentyabrın 11-də İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Qilqiliyyədə texniki nasazlıq səbəbindən hərbi dronun qəzaya uğradığını açıqladı.
– Sentyabrın 10-da Fələstin müqavimət döyüşçüləri Nablusun cənubundakı Havara keçid məntəqəsini atəşə tutublar.
– Mossad casus kəşfiyyat agentliyinin rəhbəri David Barnea Beynəlxalq Terrorla Mübarizə İnstitutunun konfransında bildirib ki, İsrail nüvə sazişi imzalandıqdan və yenidən icra olunandan sonra da İranın nüvə proqramına qarşı təxribat əməliyyatlarını davam etdirəcək.
– Sentyabrın 13-də sionist həbsxanalar təşkilatının qüvvələri Ofer həbsxanasında fələstinli məhbusları döyüblər.
– Sionist rejim televiziyasının 12-ci kanalı bu rejim ordusunun Cənin və Nablus şəhərləri də daxil olmaqla, İordan çayının qərb sahilində son hərbi və təhlükəsizlik əməliyyatlarının bəzilərində silahlı dronlardan istifadə etdiyini açıqlayıb.
– Ötən 24 saat ərzində 15 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir