Suriyada baş verən son hadisələr, 13 Sentyabr 2022

Çərşənbə axşamı 13 Sentyabr 2022 - 15:27
https://az.iswnews.com/?p=13115

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində naməlum silahlı şəxslərin bir sıra hədəfli hərəkətlərinin davamında terrorçuların iki üzvü həlak olub, Suriya ordusunun bir neçə qüvvəsi isə ağır yaralanıb.

1- Hələb:
– Sentyabrın 11-də Türkiyə ordusunun hərbi karvanı Bab əs-Səlama sərhəd-keçid məntəqəsindən Hələb vilayətinin Əzaz şəhərinə daxil olub.
– Sentyabrın 13-də Türkiyənin Məryəmeyn bölgəsindəki hərbi postu Suriya Demokratik Qüvvələrinin (SDQ) artilleriya hücumu ilə hədəfə alınıb.

2- İdlib:
– Sentyabrın 11-də və 13-də İdlibin cənubunda yerləşən əl-Barə qəsəbəsinin ətraflarında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Sentyabrın 11-də İdlibin cənubunda yerləşən Əl-Vayha və Hərəş Bənin kəndlərindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

3- Dəraa:
– Sentyabrın 9-da Casim şəhərində terrorçuların iki keçmiş üzvü naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Sentyabrın 12-də Suriya ordusuna məxsus avtomobilin Muzəyrib şəhəri yolunda yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində bir neçə suriyalı əsgər yaralanıb.
– Sentyabrın 13-də naməlum silahlı şəxslər Suriya ordusunun Əl-Nəimə şəhərindəki keçid məntəqəsini hədəfə alıblar. Bu hücumun qurbanları barədə məlumat yoxdur.

4- Deyr əz-Zor:
Sentyabrın 13-də Amerika koalisiyasının helikopterləri Ziban qəsəbəsi üzərində uçublar.

5- Raqqa:
– Sentyabrın 11-də Rəssafə səhrasında mina partlaması nəticəsində Suriya ordusundan iki nəfər şəhid olub, üç nəfər yaralanıb.
– Sentyabrın 13-də Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum etdilər.

6- Həsəkə:
– Sentyabrın 12-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmərin şimalında yerləşən Əd-Dərdarə kəndində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
– Sentyabrın 10-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə Təll-Təmər ətrafını hədəfə aldılar.

7- Dəməşq:
Sentyabrın 8-də Suriya-Livan sərhədi yaxınlığındakı Kəfir Yabus bölgəsində Suriya ordusunun qüvvələrindən biri naməlum silahlılar tərəfindən şəhid edilib.

8- Sentyabrın 11-də Türkiyənin Müdafiə Nazirliyi Sülh Çeşməsi əməliyyatı bölgəsində iki kürd silahlısının öldürüldüyünü açıqladı.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir