Əbdül-Salam və Əmir Abdullahian Tehranda görüşüblər + FOTO

Bazar ertəsi 12 Sentyabr 2022 - 22:45
https://az.iswnews.com/?p=13095

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullahın sözçüsü və Yəmənin Qurtuluş hökuməti üçün danışıqların rəhbəri Məhəmməd Əbdül-Salam İranın paytaxtı Tehrana səfəri zamanı İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian ilə bir araya gəlib və Yəmən və region məsələləri barədə müzakirələr aparıb.

Bu görüşdə tərəflər siyasi, hərbi və təhlükəsizlik hadisələri, Yəməndə müvəqqəti atəşkəs və İranın nüvə danışıqları da daxil olmaqla regiondakı son məsələləri müzakirə ediblər.

İranın xarici işlər naziri cənab Əmir Abdullahian çıxışında İranın Yəmən rəhbərliyi və xalqına qəti və hərtərəfli dəstəyini vurğulamaqla yanaşı, nüvə müzakirələri və onun regiona təsirləri haqqında hesabat təqdim edib. İranın Yəmənə dəstəyini yüksək qiymətləndirən cənab Əbdül-Salam Yəməndə baş verən son hadisələr və məsələlər barədə İranın xarici işlər nazirini məlumatlandırıb. O, Səudiyyə koalisiyası tərəfindən Yəməndə atəşkəsin geniş şəkildə pozulmasını tənqid edərək, ədalətli sülhün bərqərar olması üçün humanitar məsələlərin həyata keçirilməsini vacib şərt hesab edib.

Bu görüş Səudiyyə koalisiyası tərəfindən son üç gündə ələ keçirilən gəmilərdən 12-nin azad edilərək regional məsləhətləşmələr yolu ilə Əl-Hudəydə limanına daxil olduğu bir vaxtda baş verir. Qeyd edək ki, Yəmənə yanacaq daşıyan gəmilərin göndərilməsi Yəməndə müvəqqəti atəşkəs razılaşmasının müddəalarına daxildir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir