Hərbi çevriliş böhranı; Sudanda 100-dən çox məhbus aclıq aksiyası keçirir

Çərşənbə 16 Fevral 2022 - 14:50
https://az.iswnews.com/?p=1308

Sudan Ekspertlər Birliyi hökumətə qarşı hərbi çevrilişdən sonra 100-dən çox mülki vətəndaşın heç bir ittiham irəli sürülmədən özbaşına həbs edildiyini bildirib.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Əl-Aləmə istinadən xəbər verir ki, Sudan Ekspertlər Birliyi bəyanatında deyilir: “Saxlanılan Sudan vətəndaşları 16-60 yaş arasındadır və onların bir çoxu, o cümlədən yaşlılar, təzyiq, diabet, podaqra və revmatizm kimi xroniki xəstəliklərdən əziyyət çəkirlər. Bəzilərinin psixi vəziyyətləri təcridxanalarda zorakılıq və işgəncələrə məruz qaldıqları üçün vəziyyəti ağır elan edilib ürək açan deyil”.

Sudan son aylar hökumətə qarşı hərbi çevrilişlə bağlı geniş etiraz və iğtişaşlar meydanı olub. Etirazçılar hərbçilərin hakimiyyətdən əl çəkərək mülki şəxslərə təhvil verilməsini, demokratik seçkilərin keçirilməsini və ölkənin iqtisadi problemlərinin həllini istəyirlər.

Məhbusların öz ailələrinə zəng etmələri və ya onlarla görüşmələrinin qadağan edildiyini vurğulayan Birlik onların bir qisminin təcridxanalara qoyulan çoxsaylı məhdudiyyətlərə, dərman və tibbi xidmətin olmamasına etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Onlarla sudanlı etirazçı bazar ertəsi hərbi dövlətə etiraz olaraq prezident aparatı istiqamətində hərəkət edərkən polis tərəfindən hücum və şiddətə məruz qalıblar.

Polis küçələrə çıxan minlərlə insan və dəstə-dəstə prezident aparatına doğru irəliləyən etirazçılara qarşı gözyaşardıcı qaz, audio və plastik güllələrdən istifadə edib. Aksiyalar zamanı onlarla insan yaralanıb və yaxınlıqdakı xəstəxanalara aparılıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir