İraqın şimalında 4 türk əsgəri həlak olub

Bazar ertəsi 12 Sentyabr 2022 - 13:49
https://az.iswnews.com/?p=13041

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha 4 əsgərinin həlak olduğunu açıqlayıb.

Sentyabrın 11-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı dörd əsgərinin həlak olduğunu etiraf edib. Bu 4 əsgərin PKK silahlıları ilə qarşıdurma zamanı və həmçinin İraqın şimalında partlayıcı qurğunun partlaması nəticəsində yaralandığı və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzlərinə aparıldıqdan sonra dünyasını dəyişdiyi bildirilir.

Belə ki, bu il aprelin 18-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 55-ə artıb.

Həmçinin bu il sentyabrın 4-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında bir türk əsgəri həlak olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir