Azərbaycan hökuməti Ərbəinə qarşı konkret qılınc çəkir

Şənbə 10 Sentyabr 2022 - 12:22
https://az.iswnews.com/?p=12970

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan hökuməti COVİD-19 bəhanəsi ilə quru sərhədlərini indiyədək bağlı saxlamaqla böyük bir kütlənin Ərbəin yürüşünə getməsinin qarşısını alır.

Azərbaycan hökuməti öz və digər ölkələrin vətəndaşlarının bu ölkəyə giriş-çıxışı üçün quru sərhədlərini bağlı saxlayıb. COVİD-19 ilə mübarizə üzrə dövlət komitəsinin rəsmiləri bu qərarın səbəbini Korona virusu olaraq açıqlayıb. Bu bəhanə Azərbaycan vətəndaşlarının piyada və Ərbəin yürüşü üçün quru sərhədlərdən keçə bilməməsinə səbəb olub. Ziyarətə gedənlər İraqa ancaq təyyarə ilə gedə bilərlər. Bu ölkədə hava uçuşlarının qiyməti ən azı min dollar və daha çox olduğu açıqlanıb və vətəndaşların çoxunun belə bir xərci ödəməyə maddi gücü yoxdur.

Azərbaycan sərhədlərinin bağlı olması Rusiya Federasiyası və Gürcüstan vətəndaşlarının Azərbaycanın quru sərhədləri vasitəsilə İrana, oradan isə İraqa getməsini də qeyri-mümkün edib. Sonuncu dəfə 2019-cü ildə bu ölkənin 18500-ə yaxın vətəndaşı quru sərhədlərdən İraqa səfər edə bilmişdir.

Görsənən budur ki, Azərbaycan hökumətinə yuxarılardan Ərbəin məsələsi üçün xüsusi tapşırıq gəlib və oda onu icra edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir