İslah Partiyasının Səudiyyə koalisiyasının hakimiyyətinə qayıtması üçün şərtləri elan olundu

Cümə 9 Sentyabr 2022 - 20:48
https://az.iswnews.com/?p=12948

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah Partiyasının baş katibi Əbdül Rəzzaq Əl-Hicri Avropa İttifaqı nümayəndələri ilə görüşdə Səudiyyə koalisiyasının hakimiyyətinə qayıtmaq üçün yeni şərtlərini açıqlayıb.

İxvanul-Musliminin Yəməndəki qolu olan İslah Partiyasının baş katibi Əbdül Rəzzaq Əl-Hicri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Avropa İttifaqının nümayəndələri ilə görüşündə Səudiyyə koalisiyasının hakimiyyətinə geri qayıtmaq müqabilində yeni şərtlərini müəyyən edib. O, Şəbvə və Əbyən vilayətlərində baş verən son hadisələrin Səudiyyə koalisiyası ilə iştirakını sona çatdırdığını vurğulayaraq deyib: “Cənub Keçid Şurasının silahlı üzvlərinin Yəmənin cənubundakı bazalardan çıxarılması, Prezident Şurasının qəbul etdiyi bütün qərarlarda iştirak etməsi və bu Şuranın hakimiyyətin (bu partiyaya) ötürülməsi öhdəliyini Səudiyyə koalisiyasının hakimiyyətinə qayıtmağın şərtləri olduğunu bilirdi”.

Bu görüş son hadisələr nəticəsində dağılmaq təhlükəsi ilə üzləşmiş Səudiyyəyönlü koalisiya qruplarının gücünü birləşdirmək məqsədi ilə təşkil edilmişdir.

İslah Partiyası, Cənub Keçid Şurası və Yəmən Xalq Konqresi Partiyası (Ənsarullaha müxalif) Qərb ölkələrinin dəstəyi ilə Səudiyyə koalisiyasının komandanlığı altında olan Yəməndə Ənsarullaha qarşı çıxan güclü partiyalardandırlar.

Daha çox oxuyun:
Yəməndə İslah Partiyası ilə BƏƏ-nin dəstəklədiyi qüvvələr arasındakı toqquşmaların son təfərruatları + FOTO
Cənub Keçid Şurasının silahlı qüvvələri Əbyən əyalətində irəliləyir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir