Şeyx Cərrahda Fələstinlilərin İsrail işğalçıları ilə qarşıdurmaları davam edir + Video və Şəkil

Çərşənbə 16 Fevral 2022 - 09:55
https://az.iswnews.com/?p=1294

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Sionist rejimin Qüdsün Şeyx Cərrah məhəlləsinə hərbi hücumu nəticəsində çoxlu sayda fələstinli yaralanıb.

Onlarla Qüds sakini Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində Knesset (İsrail parlamenti) deputatının təxribatlarına etiraz olaraq və Salim adlı fələstinlinin (sürgünə məcbur olmuş) ailəsi ilə həmrəylik üçün aksiya keçirib.
İşğalçı İsrail qüvvələri bazar ertəsi günortadan sonra Şeyx Cərrah məhəlləsinin sakinlərinə və onlarla həmrəy olan bir sıra insanlara hücum edib. Bu vəhşi hücum nəticəsində İsrail hərbçilərinin səs bombası və gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində çoxlu sayda fələstinli yaralanıb. Bununla əlaqədar olaraq Fələstin Qızıl Aypara Cəmiyyəti tibb heyətinin Şeyx Cərrah məhəlləsində yaralıları müalicə etdiyini açıqlayıb.

Şeyx Cərrah məhəlləsində baş verən qarşıdurmalardan sonra işğalçı sionist qüvvələr iki fələstinli gənci döydükdən sonra onları həbs edib və çoxlu sayda fələstinli gəncin məhəlləyə daxil olmasına mane olub.
Məscidül-Əqsanın xətibi Əkrəmə Səbri bundan əvvəl Şeyx Cərrah məhəlləsinə səfər etmiş və bu məhəllə sakinlərindən sionist işğalçı qüvvələri və yəhudi sakinlərinin məhəlləni ələ keçirmək üçün onları məhəllədən çıxarmaq cəhdlərinə müqavimət göstərmələrini xahiş etmişdi.

Qeyd edək ki, Knessetin üzvü İtamar bin Ğavir bazar ertəsi vətəndaşları qızışdırmağa çalışan çoxlu sayda sionist sakinlərinin müşayiəti ilə Şeyx Cərrah məhəlləsinə ikinci dəfə hücum edib. İşğalçı qüvvələr də bu məhəllədə məskunlaşanları (sionist sakinlərini) qorumaq üçün çoxlu sayda texnika və qüvvə toplayıb.

Digər tərəfdən, Cənin ətrafındakı Əl-Silə Əl-Harisiyyə kəndində “Məhəmməd Əkrəm Əli Tahir Əbu Salah” adlı gənc və Raməllahın qərbindəki Nəbi Saleh kəndində “Nəhad Əmin Əl-Bərğusi” adlı başqa bir fələstinli İsrail qüvvələri tərəfindən şəhid edildi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir