Sionist rejimin baş naziri İrana xitabən: Bizi sınamayın! + VİDEO

Cümə axşamı, 8 Sentyabr 2022 - 20:48
https://az.iswnews.com/?p=12867

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin baş naziri Nevatim hərbi hava limanında yerləşdirilən F-35 qırıcılarına baxış zamanı İranı hədələyib.

İsrailin baş naziri Yair Lapid işğal altındakı Fələstinin cənubunda, bu rejimin Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısının yanında dayanaraq Nevatim hərbi hava limanına səfəri zamanı İran əleyhinə açıqlamalar verib.

Daha çox oxuyun: İsrail ordusuna üç F-35 qırıcısı təhvil verilir

O, hədələyib ki, “İran nüvə silahı əldə etməyə cəhd etməyə davam edərsə, İsrailin uzun əllərini və imkanlarını görəcək. İran bizi sınaqdan keçirməyə davam edərsə, terrorizmə və İsrailə zərər vermək istəyənlərə qarşı bütün cəbhələrdə hərəkətə keçəcəyik”.

Lapid sözlərini davam etdirib: “Nüvə sazişinin qarşısının alınmasına həqiqətən də nail olub-olmadığımızı bilmək hələ tezdir, lakin İsrail istənilən təhlükəyə və istənilən ssenariyə hazırdır”.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri sionist rejimin baş nazirinin boşboğazlıqlarından sonra ABŞ ordusu, İsrail rejimi və onları qəbul edən ölkələrə İranın təhlükəsizliyi barədə xəbərdarlıq edib.

General-mayor Baqiri bildirib: “Son aylarda Amerika terror ordusu sionist rejimin işğal etdiyi ərazini CENTCOM-un regional komandanlığına birləşdirərək öz sərişdəsizliyini kompensasiya etməyə çalışıb. Yazılı şəkildə elan və xəbərdarlıq etmək və Xarici İşlər Nazirliyi vasitəsilə mesajı Amerika ordusuna ev sahibliyi edən ölkələrə çatdırmaqla yanaşı, biz hava və dəniz patrullarının mövcudluğunu, kəşfiyyat elitalarını dərinləşdirməklə və müxtəlif dəniz raketləri və dron təlimləri keçirməklə hazırlığımızı və xəbərdarlığımızı elan edirik və edəcəyik”.

Lapidin Nevatim hərbi hava limanındakı çıxışından bir hissə
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.