İraqın şimalında bir türk əsgəri həlak olub

Çərşənbə, 7 Sentyabr 2022 - 13:12
https://az.iswnews.com/?p=12824

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.

Türkiyə əsgərlərindən birinin ölüm xəbəri yayılıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, bu əsgər İraqın şimalında bu ölkənin helikopterinin qəzaya uğraması nəticəsində həlak olub. Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında verdiyi itkilərin sayı 51 nəfərə çatdı.

Türkiyənin Müdafiə Nazirliyi bazar ertəsi (5 sentyabr) bu ölkənin Sikorsky helikopterinin İraqın şimalında təcili enişi və 7 sərnişinin xilas edilməsi və daha bir əsgərin itkin düşməsi barədə məlumat yaymışdır.

Həmçinin bu il sentyabrın 1-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında türk əsgəri həlak olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.