Sionist rejimi Suriyaya hava zərbələri endirib

Çərşənbə 7 Sentyabr 2022 - 07:41
https://az.iswnews.com/?p=12820

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Aralıq dənizindən Hələb hava limanına doğru bir neçə raket atıblar.

Suriya hərbi mənbəsinin məlumatına görə, dünən çərşənbə axşamı altı sentyabr tarixində yerli vaxtla saat 20:16 radələrində İsrail Aralıq dənizi istiqamətindən bir neçə raket ataraq Hələb hava limanına hücum edib. Bu hücum uçuş-enmə zolağına ziyan və bu hava limanında növbəti bildirişə qədər uçuşların dayandırılması ilə nəticələndi.

Həmçinin avqustun 31-də sionist rejim qırıcıları Suriyanın Hələb və Dəməşq əyalətlərindəki hədəflərə bir neçə raket zərbəsi endirmiş, nəticədə maddi ziyan dəymişdir.

Daha çox oxuyun:

Sionist rejim Suriyaya hava zərbələri endirib + FOTO

İsrailin ISI peyk şirkəti tərəfindən yayımlanan görüntülərdə İsrailin Hələb hava limanına son hücumunda uçuş-enmə zolağının ciddi şəkildə zədələndiyi və təyyarələrin bu hava limanına enib – qalxmasının mümkün olmadığı göstərilir. Bu məsələ Hələb hava limanının uçuşlarının növbəti bildirişə qədər Dəməşq hava limanına köçürülməsinə səbəb olub.
Bir həftədən az müddətdə İsrail ordusu 31 avqust və 6 sentyabrda iki dəfə Hələb hava limanını hədəfə alıb. İbrani mediaları bu hücumların məqsədlərindən birinin İran təyyarələrinin enişinin qarşısını almaq üçün bu hava limanını sıradan çıxartmaq və yüklərin daşınması prosesində problem yaratmaq olduğunu bildiriblər.

İsrail rejiminin Hələb hava limanına hücumunun vurduğu ziyanlardan
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir