İsrail ordusunun yeni qərargah rəisi kimdir?

Çərşənbə axşamı, 6 Sentyabr 2022 - 19:02
https://az.iswnews.com/?p=12816

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin müharibə naziri ordunun baş qərargah rəisi üçün təklif edilən üç variantı dəyərləndirdikdən sonra, nəhayət, “Herzi Halevi”ni bu rejim ordusunun yeni qərargah rəisi kimi təqdim etdi.

İsrail ordusunun hazırkı Baş Qərargah rəisi Aviv Koxavinin səlahiyyət müddəti başa çatması ilə və bu rejimin müharibə nazirinin noyabr seçkiləri öncəsi Ordu Qərargahına yeni Baş Qərargah rəisi təyin edilməsinin strateji əhəmiyyət kəsb etməsini bəyan etməsi ilə İbrani mediaları onun səlahiyyət müddətinin uzadılmayacağını bildirdilər.

Bu məsələdən sonra ordunun yeni qərargah rəisi vəzifəsinə namizədlər təqdim edilib və “Herzi Halevi”, ordunun əks-kəşfiyyat təşkilatının (Aman) rəisi, “Yoel Strick” ordunun quru qoşunlarının komandiri və “Eyal Zamir” baş qərargahın keçmiş müavininin səlahiyyətlərinin yoxlanılması məqsədilə müxtəlif görüşlər keçirilib. Bu görüşlərin birində “Likud” partiyasının lideri Benyamin Netanyahu Ordunun Baş Qərargahının hazırkı rəhbərinin səlahiyyət müddətinin uzadılmasını tələb etsə də, onun tələbi qəbul edilməyib.

Bu görüşlərlə eyni vaxtda Vaşinqton Araşdırma İnstitutunda təhlil təqdim edən general-mayor Eyal Zamir İranda SEPAH komandirlərinin öldürülməsinə və İranın pilotsuz təyyarələrinin və raketlərinin məhv edilməsi üçün gizli əməliyyatların aparılmasına çağırıb. O, SEPAH-ı İran İslam Respublikasının söykəndiyi sütun adlandırıb.

Nəhayət, müxtəlif araşdırmalardan sonra sionist rejimin müharibə naziri “Benni Gantz” “Herzi Halevi”ni İsrail ordusunun baş qərargahının yeni rəisi kimi təqdim etdi. Halevinin 2023-cü ilin yanvarında Koxavinin səlahiyyət müddəti bitdikdən sonra ordunun baş qərargahının yeni rəisi kimi fəaliyyətə başlaması üçün sionist rejim kabinetinin müsbət səsinə ehtiyacı var.

Herzi Halevi 11 iyul 2021-ci ildən İsrail Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsini icra edən 54 yaşlı fəlsəfə sahəsində akademik araşdırmalara malik İsrailli general-mayordur. Onun qeydlərində ordunun əks-kəşfiyyat təşkilatının (Aman) idarəçiliyi, paraşütçülər bölməsinin və İsrail ordusunun xüsusi bölmələrinə komandanlıq kimi vəzifələr görünür.

Qeyd edək ki, Aman Təşkilatı Sionist Ordusunun Birləşmiş Qərargahına bağlı bir təşkilatdır və onun əsas missiyası ordunun və təhlükəsizlik və xarici əlaqələr sahəsində fəaliyyət göstərən digər sionist təşkilatların xeyrinə təhlükəsizlik və casusluq tədbirləri görməkdir. Aman kəşfiyyat araşdırmalarının bütün elementlərini nəzərdən keçirmək missiyasına malik olan və onları süzgəcdən keçirə və İsrail rejiminin yüksək səviyyəli komandirlərinə hərtərəfli və tam kəşfiyyat hesabatı təqdim edə bilən yeganə qurumdur.

Görünən odur ki, sionist rejimin baş qərargah rəisinin dəyişməsi bu rejimin hərbi gedişatının bəzi məsələlərə münasibətini dəyişəcək. General-mayor Halevinin İsrail Ordusunun növbəti Baş Qərargah rəisi seçilməsi onun bu vəzifəyə digər namizədlərdən daha yaxşı planları və proqramları olduğunu göstərir. Həmçinin, Halevi bu fikirdədir ki, sülh yeni müharibəyə hazırlaşmaq üçün əldə edilən vaxtdır və bu düşüncə tərzi Qərbi Asiya regionunun təhlükəsizliyi və sabitliyi üçün həyəcan siqnalı ola bilər!

Daha çox oxuyun: Fələstində baş verən son hadisələr, 5 Sentyabr 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.