İraqda baş verən son hadisələr, 4 Sentyabr 2022

Bazar, 4 Sentyabr 2022 - 23:12
https://az.iswnews.com/?p=12778

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Teşrin” (oktyabr) hərəkatı Bağdadın ən-Nusur meydanında yeni nümayiş keçirərək parlamentin işinin dayandırılmasını istəyib.

1- Dohuk:
Sentyabrın 3-də Türkiyə ordusunun qırıcıları Mətina bölgəsində PKK silahlılarının mövqelərini hədəfə alıb.

2- Neynəva:
Sentyabrın 4-də Türkiyənin təhlükəsizlik mənbələri PKK-nın Sincar şəhərində yüksək rütbəli komandirlərindən biri olan “Darav Gyuda” təşkilat adı olan “Bədrxan Abi”nin öldüyünü açıqlayıb.

3- Kərkük:
Sentyabrın 4-də İraq Kəşfiyyat Təşkilatı İraq Hərbi Hava Qüvvələrinin Əl-Xass su bəndi yaxınlığındakı Cimən bölgəsindəki hədəflərə hücumu nəticəsində İŞİD-in cəbhə komandirlərindən biri və iki terrorçunun həlak olduğunu açıqlayıb.

4- Bağdad:
Sentyabrın 2-də “Teşrin” (oktyabr) hərəkatı Bağdadın ən-Nusur meydanında yeni nümayiş keçirərək parlamentin işinin dayandırılmasını istəyib.

5- Diyalə:
Sentyabrın 3-də İraq ordusu qüvvələrinin Behrez məntəqəsinin cənubunda Şaliye kəndi yolundakı bombanın partlaması nəticəsində bir İraq ordusu əsgəri şəhid olub, 4 əsgər isə yaralanıb.

6- Bəsrə:
Sentyabrın 1-də Bəsrə şəhərində Əsaib Əhlil-Həq komandanlarından birinə sui-qəsd təşkil edən Sərayə Əs-Səlam qüvvələrinin hərəkətindən sonra hər iki tərəfdən 4 nəfər həlak oldu.

Daha ətraflı: Bəsrədə Sərayə Əs-Səlam və Əsaib Əhlil-Həqq arasında baş verən qarşıdurmada 4 nəfər ölüb

7- Avqustun 31-də ABŞ prezidenti Co Bayden İraqın baş naziri Mustafa Əl-Kazimi ilə İraqdakı son hadisələr haqqında telefonla danışdı. ABŞ prezidenti İraqın baş nazirinə dialoq və diplomatiya yolu ilə regionun təhlükəsizliyi və sülhünün qorunmasında göstərdiyi səylərə görə təşəkkür etməklə yanaşı, İraqda baş verən son siyasi və təhlükəsizlik insidentlərində Əl-Kaziminin və onun rəhbərliyinin rolunu da yüksək qiymətləndirdi!

Daha ətraflı: Bayden Əl-Kaziminin son iğtişaşlardakı rolunu yüksək qiymətləndirdi!

8- Sentyabrın 1-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin həlak olduğunu etiraf edib. Bu türk əsgəri İraqın şimalında tələnin partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib.

Daha ətraflı: İraqın şimalında türk əsgəri həlak olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.