İordan Çayının Qərb Sahilində anti-sionist əməliyyatı baş verib + FOTO və VİDEO

Bazar 4 Sentyabr 2022 - 22:04
https://az.iswnews.com/?p=12763

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ğur-Ordon məntəqəsində fələstinli gənclərin İsrail əsgərlərini daşıyan avtobusa qarşı təşkil etdiyi silahlı əməliyyat nəticəsində 11 nəfər yaralanıb.

Sentyabrın 4-də iki silahlı fələstinli gənc İordan çayının qərb sahilində yerləşən Ğur-Ordon məntəqəsinin 90-cı prospektində İsrail əsgərlərini daşıyan avtobusa atəş açıb. Bu əməliyyat zamanı 11 İsrail əsgərinin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İvritdilli mənbələr İsrail təhlükəsizlik qüvvələri tərəfindən bu əməliyyatda iştirak etməkdə ittiham olunan iki nəfərin həbs edildiyini bildiriblər. Həmçinin, bu hadisədən sonra sionist rejim polisi bütün işğal olunmuş ərazilərdə hazır vəziyyətdədir.

Bu əməliyyatın məsuliyyətini Fələstin Fəth Hərəkatının hərbi qolu olan Şəhid Əbdül Qadir Əl-Hüseyni taborları öz üzərinə götürüb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

HƏMAS-ın sözçüsü Əbdül Lətif Əl-Qanu bu əməliyyata reaksiya verərək deyib: “Ğur-Ordonda yeni qəhrəmanlıq əməliyyatı Fələstinin işğalçı sionist rejimi və onun mühacirlərinə qarşı müqavimət əməliyyatı çərçivəsində həyata keçirilib. Məscidül-Əqsa və fələstinli məhbuslara qarşı cinayətləri və təcavüzü əleyhinə baş tutub. Bu əməliyyatın əməliyyatçılarına salam olsun”.

İslami Cihad hərəkatı həmçinin bir neçə İsrail əsgərinin yaralanması ilə nəticələnən bugünkü anti-sionist əməliyyatını təbrik edib və elan edib: “Bu əməliyyat sionist düşmənin Fələstin xalqına qarşı artan cinayətlərinə təbii cavab idi”.

Bu əməliyyatı İsrail rejiminin İordan çayının qərb sahilində silsilə təhlükəsizlik əməliyyatları ilə eyni vaxtda həyata keçirməsi və fələstinlilərin anti-İsrail əməliyyatları keçirməyə cəhd, silah-sursat gəzdirmək və s. kimi ittihamlarla həbs edilməsi bu rejimin geniş hərbi tədbirlərə baxmayaraq öz təhlükəsizliyini təmin etməkdə hələ də çətinliklərlə üzləşir.

Daha çox oxuyun:
İşğal olunmuş Qüdsdə anti-sionist əməliyyatı baş verib + FOTO
İşğal altındakı Qüdsdə əməliyyat; Bir sionist hərbçi yaralanıb
Təl-Əvivin şərqində əməliyyat; Üç sionist öldürüldü

Bu gün əməliyyatçılar tərəfindən istifadə edilən silahlar
Bu əməliyyat nəticəsində yaralananların tibb mərkəzlərinə köçürülməsi
Anti-sionist əməliyyatı törədənlərin avtomobillərinin alışdığı an
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir