Suriya ordusunun helikopteri Həmada qəzaya uğrayıb + FOTO

Bazar 4 Sentyabr 2022 - 17:01
https://az.iswnews.com/?p=12736

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həma şəhərinin Dəvvar Əl-Ərbəin bölgəsində təlim missiyası zamanı Suriya ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində üç suriyalı əsgər şəhid olub.

Sentyabrın 4-də Suriya Müdafiə Nazirliyi Suriya ordusuna məxsus helikopterin Həmanın şimal-şərqində təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğradığını və ekipajının şəhid olmasını açıqlayıb.

Agentliyimizin Suriyadakı mənbəyinin məlumatına görə, bu helikopter Həma şəhərinin şimal-şərqində yerləşən Dəvvar Əl-Ərbəin bölgəsində yaşayış binaları yaxınlığında qəzaya uğrayıb və indiyə qədər bu hadisə nəticəsində üç Suriya əsgərinin şəhid olduğu təsdiqlənib, lakin bu qəzada mülki vətəndaşların mümkün itkiləri barədə məlumat yoxdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir