Məqalə: Putin keçmiş Sovet İttifaqını dirçəltməyi düşünür

Taha Abdullahi
Yazar:Taha Abdullahi
Bazar 4 Sentyabr 2022 - 16:30
https://az.iswnews.com/?p=12732

Cənubi Qafqazda son 100 ildə gərgin region olan Qarabağ bölgəsinin hüquqi taleyi rusların daimi oyunları ilə bağlı olub. Ruslar etnik gərginlik olan ərazilərdə özlərinin davamlı olmaları üçün xüsusi üsuldan istifadə edirlər. Bir tərəfdən millətləri bir-biri ilə rəqabətə çıxardır, digər tərəfdən də öz aralarında mərkəzə bağlı ortaq mədəniyyəti onlarda hakim edir. Bu planı keçmiş Sovet İttifaqı dövründə Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında müşahidə etmək olar. Hər iki respublika öz aralarında olan fikir ayrılıqlarını həll etmək üçün nəhayət mərkəzi hökumət vasitəsilə istədikləri xalları əldə edə bilərdilər.

Sovet İttifaqının Azərbaycan Respublikası tərkibində Qondarma Muxtar Dağlıq Qarabağ vilayətinin yaradılması məsələsi 1930-cu illərdən Sovet İttifaqının mərkəzi hökumətində start götürüldü. Ora əksəriyyət Erməni sakinlərinin yaşadığı və eyni zamanda Ermənistana aid olmayan yer idi.

Bu bölgədə erməni millətçiliyi ruhu güclənəndə mərkəzi hökumət Azərbaycan polisi ilə birgə bu bölgədəki erməni millətçi partizanlarını sıxışdırıb susdururdu. Amma Sovet İttifaqı dağılanda Rusiya hökuməti ermənilərin tərəfinə keçərək 1992-ci ildə Ermənistan ordusunu Azərbaycan ordusunun üstünə göndərdi. Həm də Rusiya qüvvələri bu müharibədə fəal iştirak etdi və hamı bilir ki, birinci Qarabağ müharibəsi münaqişəsinin əsl qalibi Rusiyadır.

İki ölkə arasındakı bu münaqişədən sonrakı 28 illik müddət ərzində Ermənistan və Qondarma Dağlıq Qarabağın iqtisadiyyatına ruslar nəzarət edirdi və hər şey Rusiyanın nəzarətində idi.

2016-cı ilin 4 günlük aprel müharibəsi sübutdur ki, Rusiya Federasiyası hökuməti Azərbaycana müharibəni davam etdirməyə imkan vermədi və onların ultimatumu ilə Bakı hökuməti geri çəkildi.

2020-ci ilin payızının əvvəlində müharibə qərbyönlü Nikol Paşinyan hökumətinin İrəvanda Rusiyanın müttəfiqlərinin yerini tutması və Rusiya qərbyönlü baş nazir Paşinyana qulaq burması verməsi ilə başladı. Bu müharibədə Erməni ordusunun üstün coğrafi mövqeyinə baxmayaraq onlar Azərbaycana və onun müttəfiqləri önündə asanlıqla uduzdular. Əgər Naxçıvan və Ermənistan sərhədlərində Rusiya helikopterinin şübhəli şəkildə vurulması olmasaydı, Əliyev və Paşinyan müharibəni dayandırmaq üçün danışıqlar masasına gəlməz, Moskvadakı noyabr müqaviləsi formalaşıb imzalanmazdı.

Rusiyanın böhrana son qoymaq üçün müdaxiləsinə daha bir misal kimi, Azərbaycanın quruda irəliləyişini dayandıran pilotsuz təyyarələrdə pozucu qurğuların tətbiqi oldu. Həmçinin Rusiya hərbi dəniz donanması Bakının qarşısında sıraya düzüldü və atəşkəs gecəsi Bakı yaxınlığındakı Xırdalan şəhəri üzərində Rusiya raketi qəsdən partladıldı.

Bəs niyə Rusiya bu atəşkəs üçün necə lazımdır can atdı?

Atəşkəs müddəaları göstərir ki, ruslar Ermənistanla Qondarma Dağlıq Qarabağ arasında daimi quru əlaqənin və Azərbaycanla Naxçıvan arasında yolun yenidən açılmasının təminatçısıdır. Onlar tərəflər arasında münaqişəni həll edirlər və gərginlik davam edərsə, Rusiya sülhməramlılarının mövcudluğu uzadılacaq.

Bunlar kifayətdir ki, ruslar Azərbaycan və Ermənistan dövlət başçılarının imzası ilə Qarabağa hakim olsunlar.

Qarabağ ermənilərinin Azərbaycanın tərkibində nə yeri, nə imtiyazı, nə də müstəqilliyi var və onların qondarma hökumətinin davamlı qalması rusların orada davamlı olması ilə şərtlənir. Rusiya atəşkəs başlayandan bəri bu bölgənin müharibədən əziyyət çəkən əhalisinə evlər tikməklə, su anbarları tikməklə onlara kömək etməyə başlayıb. Həmçinin, Qarabağ polisini və silahlı birləşmələrini silah və hərbi texnika ilə hazırlayır və birgə hərbi təlim də keçirib. Qondarma Dağlıq Qarabağ hökumətinin rəsmilərinin Ermənistana get-gəl etmələri üçün Rusiya hərbi polisinə ehtiyacları var. Araik Harutunyanın Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasının qarşısını almaq üçün İrəvan və Moskvaya səfəri, danışıqlar aparması və Rusiya Federasiyasının Ermənistan Duması (parlamenti) nümayəndələrinin Qarabağa səfəri də Moskvadan artan asılılığın digər tərkib hissəsidir.

Amma ruslar öz hakimiyyətini saxlamaq üçün bölgədə ikili oyun oynamaqda davam edirlər. Azərbaycan da bu oyunun pis aktyorudur və rusların planına kömək edir. İlham Əliyevin Qarabağ ermənilərinin muxtariyyətinin ləğvi haqqında fərman imzalamağı, Qafqazın soyuq qışında Qarabağa gedən Ermənistan qaz kəmərini partlatması, Qondarma Artsax ordusunun milislərinin tərksilah edilməsinə təkidləri və yollara və yaşayış məntəqələrinə baxan yüksəkliklərin nəzarətə götürülməsi ermənilərin narahatlıqlarını günü-gündən artırır.

Belə bir vəziyyət bu bölgənin sakinləri üçün Rusiya vətəndaşlığının alınması zərurətini gücləndirir və Qarabağın qondarma erməni hökumətinin bu tələblə razılaşacağı uzaq deyil, lakin bu, təkcə sakinləri əhatə etmir. Bu regionun ərazisində qalmaq, Azərbaycanın daimi təzyiqindən və muxtariyyət imtiyazından qurtulmaq üçün ermənilər nəhayət, Rusiyanın tərkibinə daxil olmaq üçün referendum variantı qarşısında qalırlar. Bu tələbin qəbul edilməməsi Rusiya sülhməramlılarının geri çəkilməsinə və məcburi miqrasiyaya səbəb olacaq.

Bu fərziyyəni Qarabağın qondarma erməni hakimiyyəti ilə fəal şəkildə danışıqlara girən Gürcüstanın Cənubi Osetiya regionu hökumətinin təması ilə yanaşı qoyun. Gürcüstandan ayrıldığını və Rusiyaya birləşdiyini açıq elan edən region.

Əgər problemin əsasını nəzərə alsaq, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri də mərkəzi hökumətlə belə bir gərginliyə gəliblər və Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi ilə Tiflis hökumətinin rolu praktiki olaraq sönüb və heç bir nəzarət variantları yoxdur.

Rusiya Rusiya vətəndaşlığı verməklə və pasportları yaymaqla onların vətəndaşlığı üçün mühüm addım atıb ki, bu ərazilər praktiki olaraq Rusiya Federasiyasının ərazisinə daxildir. Bu bölgələrin hüquqi statusunun müəyyən edilməsi xalq arasında referendum və onun Rusiya hökuməti tərəfindən qəbul edilməsi ilə bağlıdır.

Nəhayət, məsələ ondadır ki, Vladimir Putin keçmiş Sovet İttifaqının ərazi sərhədlərini daha yeni formada bərpa etmək haqqında düşünür və NATO-nun şərqə doğru irəriləməsinə qarşı çıxmaq yalnız ikinci dərəcəli səbəbdir.

Rusiya göstərdi ki, 2014-cü ildə Ukraynanın qərbyönlüləri ilə gərginlik başlayandan sonra referendum yolu ilə Krım yarımadasını bu ölkədən ayırıb və öz suverenliyinə necə artırıb. Rusiya ordusu Ukraynanın nəzarətə götürülmüş ərazilərindəki hətta keçmiş sovet bayrağından və keçmiş sovet dövrünün CCCP adından belə pasportların üstündə istifadə edir.

İndi bu vəziyyəti Rusiyada işləyən və iqtisadi fəaliyyətlə məşğul olan keçmiş sovet ölkələrinin vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsinin yanına qoyun. Rusiya Federasiyasında yaşayan iki milyon azərbaycanlının, 500 min erməni və 400 min gürcüsünün təxminən yarısında bu vəziyyət var.

Onu da unutmaq olmaz ki, bu ölkələrin müxtəlif təhsil, sosial, mədəni, siyasi, hərbi-iqtisadi, elmi, tibbi və s. orqanlarında keçmiş sovet sisteminin standartları hələ də mövcuddur və bu, belə siyasi sistemin qəbul edilməsi üçün əsasları gücləndirir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir