Naməlum dronlar yenidən Kabil və Təxara hücum etdilər!

Şənbə 3 Sentyabr 2022 - 21:06
https://az.iswnews.com/?p=12677

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kabil şəhəri və Təxar vilayətinin Darqad və Xacə Bəhauddin rayonlarında Taliban mövqelərinə naməlum dronların hücumu nəticəsində iki cəbhə komandiri də daxil olmaqla bir neçə Taliban üzvü ölüb və yaralanıb.

Sentyabrın 2-də axşam saatlarında naməlum dronların (ehtimal ki, ABŞ-a aiddir) Kabil şəhərinin üçüncü rayonunda yerləşən Həbibiyyə məktəbi yaxınlığındakı üçyola hücumu nəticəsində “Taliban”ın 6 üzvü, o cümlədən Talibanın 10-cu kəşfiyyat idarəsinin rəhbəri Moləvi Hacı Əhməd öldürülüb və Kabilin üçüncü rayonunun kəşfiyyat idarəsinin müavini Moləvi Hənzələ də daxil olmaqla daha dörd nəfər yaralanıb.

Qeyd edək ki, Talibanın 10-cu kəşfiyyat idarəsi Talibanın Əfqanıstan daxilində və xaricində Taliban hökumətinin tanınmış məmurlarının qorunmasına cavabdeh olan ən yüksək səviyyəli kəşfiyyat qruplarından biridir.

Kabilə hücum etməzdən əvvəl naməlum dronlar Təxar vilayətinin Darqad və Xacə Bəhauddin rayonlarının arasında yerləşən Kətəkcər və Kohne Şax kəndlərində də üç hədəfə hücum edib. Bu hücumların təfərrüatları hələlik açıqlanmayıb.

Naməlum dron hücumlarının artması və yüksək vəzifəli Taliban üzvlərinin fiziki olaraq sıradan çıxarılmaları Taliban təşkilatları və şuraları arasında artan daxili ixtilafların nəticəsi kimi qiymətləndirilə bilər. Taliban tərəfdarlarının “Molla Həbtullah Axundzadə” ilə çoxsaylı görüşlərinin keçirilməsi, “Əl-Qaidə” terror qruplaşmasının lideri “Əymən Əz-Zəvahirinin” öldürülməsi, “Taliban”ın ziyalı və dini liderlərinin öldürülməsi, gizli silahlı və siyasi münaqişələr və s. Talibanın yüksək səviyyəli üzvləri arasında dərin fikir ayrılıqlarını göstərir.

Daha çox oxuyun:
Əl-Qaidənin lideri Əymən Əz-Zəvahiri öldürüldü! Bu sui-qəsdin ehtimal olunan nəticələri nə olacaq? + FOTO
Naməlum dronlar Qəzni və Konor əyalətlərinə hava zərbələri endiriblər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir