Fələstində baş verən son hadisələr, 2 Sentyabr 2022

Cümə, 2 Sentyabr 2022 - 23:23
https://az.iswnews.com/?p=12648

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Açıq Əllər” haker qrupunun üzvləri Mossad casus agentliyinin rəhbəri “David Barnea”nın dişlərinin şəkillərini yayımlayaraq ondan ağız və diş gigiyenasına daha çox diqqət yetirməyi istəyiblər!

– Avqustun 27-də HƏMAS İslami Müqavimət Hərəkatının liderlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti bu hərəkatın siyasi ofisinin rəis müavini Saleh Əl-Arurinin rəhbərlik rəhbərliyi ilə Beyrutda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.
– Sionist rejimin 12-ci kanalı elan edib: “Birləşmiş Ərəb Siyahısının rəhbəri Mənsur Abbas və “Demokratik İsrail” partiyasının lideri İli Ovidar qarşıdan gələn Knesset seçkilərində vahid siyahı şəklində iştirak etmək üçün danışıqlar aparırlar”.
– Avqustun 27-də HƏMAS İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri İsmail Həniyyə İstanbulda Türkiyənin Saadet Partiyasının lideri Temel Karamollaoğlu ilə görüşüb.
– Sionist rejimin 13-cü kanalı sorğunun nəticələrinə əsasən, sionistlərin əksəriyyətinin Qəzzəyə kütləvi hərbi hücumun əleyhinə olduğunu açıqlayıb.
– Avqustun 29-da sionist rejim əsgərləri Əla Zəkarinə adlı fələstinli gənci həbs etmək məqsədi ilə Cəninin cənubunda yerləşən Qəbatiyyə qəsəbəsindəki evini mühasirəyə alıblar. Sionistlərin bu hərəkətindən sonra Fələstin Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri taborlarının qüvvələri İsrail təhlükəsizlik qüvvələrini atəşə tutub və tərəflər arasında şiddətli qarşıdurma başlayıb.
– Avqustun 29-da Cəninin cənubunda yerləşən Qəbatiyyə qəsəbəsində fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurma zamanı 10 fələstinli yaralanıb.
– Sentyabrın 2-də İbrani KİV-i Valla elan etdi və iddia etdi ki, sionist rejim komandirlərinin təxminləri ona dəlalət edir ki, Cənin və Nablusa qarşı genişmiqyaslı hərbi əməliyyatın başlanması yaxın gələcəkdə qarşıdurmanın qarşısını almaq məqsədi ilə həyata keçiriləcək.
– “Açıq Əllər” haker qrupunun üzvləri Mossad casus agentliyinin rəhbəri “David Barnea”nın dişlərinin şəkillərini yayımlayaraq ondan ağız və diş gigiyenasına daha çox diqqət yetirməsini istəyiblər!

Mossad rəhbərinin dişlərinin şəkilləri

– Sentyabrın 1-də Fələstin HƏMAS hərəkatının sözçüsü Hazim Qasim bəyanat yayaraq, sionist rejimin Suriyanın Hələb beynəlxalq hava limanına hava hücumunu qınayıb.
– Sentyabrın 2-də sionist rejimin Qüds şəhərindəki məhdudiyyətlərinə baxmayaraq, 50 min fələstinli Əl-Əqsa məscidində cümə namazında iştirak edib.
– Ötən 24 saat ərzində 3 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.