Bəsrədə Sərayə Əs-Səlam və Əsaib Əhlil-Həqq arasında baş verən qarşıdurmada 4 nəfər ölüb

Cümə axşamı, 1 Sentyabr 2022 - 19:16
https://az.iswnews.com/?p=12612

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sərayə Əs-Səlam qüvvələrinin Bəsrə şəhərində Əsaib Əhlil-Həqq komandirlərindən birinə qarşı sui-qəsd nəticəsində hər iki tərəfdən 4 nəfər həlak olub.

Bu gün sentyabrın 1-də səhər saatlarında Bağdadda son iğtişaşların sona çatmasına və gərginliyin azalmasına baxmayaraq, Sərayə Əs-Səlam qüvvələri, Müqtəda Sədrə bağlı silahlı şəxslər Əsaib Əhlil-Həqqin komandirlərindən birinə sui-qəsd təşkil etdilər. Bəsrə şəhərində Əsaib Əhlil-Həqq qüvvələri çox zirəngliliklə əməliyyatı zərərsizləşdiriblər və atışma zamanı Sərayə Əs-Səlam silahlılarından ikisi öldürülüb.

Bu hadisədən bir neçə saat sonra Sərayə Əs-Səlam silahlı şəxslər Bəsrədə Əsaib Əhlil-Həqqin qərargahlarından birinə hücum edərək, onun iki mühafizəçisini şəhid ediblər.

Digər tərəfdən, İraqın təhlükəsizlik məlumat bölməsi qəribə bir hərəkətlə bu toqquşmaların baş verməsini inkar edərək, Bəsrədə baş verənlərin cinayət işi ilə bağlı olduğunu açıqladı! Və təhlükəsizlik qüvvələri bu hadisədə şübhəli bilinən bəzi şəxsləri həbs edib və bu cinayət işi üzrə istintaq prosesi başlayıb.

Bu hadisələrdən sonra Əsaib Əhlil-Həqqin baş katibi Qeys Əl-Xəzəlinin əmri ilə İraqın müxtəlif şəhərlərindəki bütün ofisləri növbəti xəbərdarlığa qədər bağlanıb. O, Əsaib Əhlil-Həqq qüvvələrinə müraciət edərək, “Böhran yaratmaq üçün fürsət axtaranların planlarını susmaqla alt-üst edin” deyib.

Görünən odur ki, son həftələrdə Sədrin layihə və hədəflərinin iflasa uğramasına baxmayaraq, Müqtəda Sədrə bağlı silahlılar rəqibləri və müxalif dəstələri qızışdırmaqla xaos yaratmaq və gərginliyi artırmağa çalışırlar. Bu təhlükəli hərəkətlər və münaqişələr İraqın müxtəlif bölgələrinə yayılmazdan əvvəl təhlükəsizlik qüvvələri tərəfindən tez bir zamanda nəzarət altına alınmalı və zərərsizləşdirilməlidir. Həmçinin Müqtəda Sədr də Sədr Hərəkatının lideri kimi bu tip hərəkətlərlə bağlı mövqeyini açıq şəkildə bildirməli və tabeliyində olan qüvvələrə nəzarət üçün tədbirlər görməlidir.

Daha çox oxuyun:
Müqtəda Sədrin sözçüsü: İran İraqdakı dəvəsini yüyənləsin!
Əl-Kazimi baş nazir vəzifəsindən istefa verəcəyi ilə hədələyib!
İraqda iğtişaşların sonu; Sədrin son hadisələrlə bağlı mətbuat konfransı

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.