Paşinyan, Əliyev və Mişel Brüsseldə üçtərəfli görüş keçirdiblər + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü avqustun 31-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Avropa İttifaqının Brüsseldəki qərargahında görüşüblər.
Bağlı qapılar arxasında keçirilən bu dörd saatlıq görüşdə iki ölkə arasında dövlətlər arasında münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib. İki ölkınin xarici işlər nazirlərinə sülh mətninin layihəsi üzərində işləmək üçün bir ay ərzində görüşmək tapşırığı verilib. Sərhədlərin delimitasiyası üzrə komisiyanın növbəti iclası Brüsseldə noyabr ayında keçirilməsi qərara alınıb.
Avropa İttifaqı bu iki ölkə arasında mübahisələrin həllində daha fəal rol oynamağa çalışır və Rusiya ilə rəqabət apararaq, Qafqaz məsələlərinin həllində əsas vasitəçi kimi Rusiyanın mövqeyinə meydan oxumaq niyyətindədir. Odur ki, Rusiyanın bu hərəkətə cavab olaraq Azərbaycan Respublikası ilə Ermənistan arasında mövcud gərginliyin aradan qaldırılması üçün analoji görüş hazırlaması gözlənilir.
Rəy