Laçın dəhlizinin yeni marşrutu istifadəyə verilib + VİDEO

Cümə axşamı 1 Sentyabr 2022 - 11:47
https://az.iswnews.com/?p=12579

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qarabağ bölgəsi əhalisinin Ermənistana çıxışı üçün Laçın dəhlizini əvəz edən yeni yaradılmış marşrut yenidən açılaraq istifadəyə verilib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə bağlı Sputnik İnformasiya Agentliyi yeni Laçın dəhlizi yolunun görüntülərini dərc edib. Yayımlanan görüntülərdə avtomobillər bu marşrutla Ermənistan və Qarabağ bölgəsinə gedir. Yol boyu Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqələrini və Rusiya hərbi polisinin mövcudluğunu da görmək olar.

Qarabağ bölgəsindən Ermənistana yeni marşrutun istifadəsi

Moskvanın 2020-ci ilin noyabrında hərbi əməliyyatları dayandırması haqqında bəyannaməsinin altıncı bəndinə əsasən, Qarabağ bölgəsi ermənilərinin Ermənistana keçməsi üçün daimi dəhliz yaradılmalıdır. Qeyd edək ki, avqustun 22-də Laçın şəhəri və onun ətraf kəndlərinin erməni sakinləri təxliyə edildikdən sonra avqustun 26-da Azərbaycan Respublikasının silahlı qüvvələri şəhəri Rusiya sülhməramlılarından yəhvil alıb və Laçın dəhlizi bu nöqtə (köhnə marşrut) istiqamətində bağlanıb.

Daha çox oxuyun: Laçın bir gün təxirlə Azərbaycan Respublikasına rəsmi təhvil verildi + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir