Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Səksən Doqquzuncu Günü, 31 Avqust 2022

Çərşənbə, 31 Avqust 2022 - 17:16
https://az.iswnews.com/?p=12528

– Rusiyanın “Qazprom” şirkəti texniki təmirlərin gedişatı üçün “Nord Stream 1” boru kəməri ilə Avropaya qaz nəqlinin dayandırıldığını elan edib. “Qazprom” bundan əvvəl avqustun 19-da “Nord Stream 1” boru kəməri ilə qaz nəqlini üç günlük dayandırılacağını elan etmişdi.

– Ukrayna prezidenti Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb
Avqustun 30-da Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə Zelenski bildirib ki, “Zaporojiya atom elektrik stansiyası bu gün Ukraynanın və dünyanın təhlükəsizliyinin əsas prioritetlərindən biridir”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Zaporojiya atom elektrik stansiyasının nüvə yanacağı anbarından 30 metr aralıdakı yerə 10 ədəd minaatanların atdığını bir müddət əvvəl elan etmişdi.
Bu atom elektrik stansiyası ətrafında artan gərginlikdən sonra Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin Zaporojiya atom elektrik stansiyasına daxil olmalarına razılıq verib. Beynəlxalq Atom Enerjisi Agentliyinin təftiş qrupu da Zaporojjya atom elektrik stansiyasına baş çəkmək üçün Ukraynaya səfər edib.
Zaprojiya atom elektrik stansiyası Zaprojiya vilayətinin Enrodar şəhərinin kənarında yerləşir. Bu atom elektrik stansiyası Avropanın və dünyanın ən böyük atom elektrik stansiyasıdır və dünyanın ən yaxşı 10 elektrik stansiyasından biri hesab olunur.
Daha çox oxuyun: Ukraynada neçə atom elektrik stansiyası var?

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Prezident sarayında görüşlərinin davamında Respublikaçı deputat “Rob Portman” və ABŞ Senasının Demokrat üzvü “Ami Klobşar”la da görüşüb. Bu görüşdə Ukrayna prezidenti “Rusiyaya qarşı sanksiyalar siyasəti hələ də effektli olmasa da, sonda öz təsirini göstərəcək” deyib. Amerikalı senatorlarla görüşün sonunda Zelenski onlara Ukrayna uğrunda xidmətlərinə görə medal təqdim edib. Bu görüşün təfərrüatları açıqlanmayıb.

– Rusiya və müttəfiq qüvvələrin Donetsk vilayətində yerləşən Piski cəbhəsindəki irəliləyişlərinin davamında ruslar Piskinin qərb ətraflarında yerləşən birinci dairəvi avtomobil körpüsündə üstünlük təşkil edə bildilər. Hazırda bu ərazidə toqquşmalar davam edir və ukraynalı əsgərlər sözügedən yoldakı ikinci körpüdəki mövqelərindən geri çəkilirlər.
Onlayn xəritədə Piskinin yerinə baxın

– Rusiyanın Qazprom şirkəti Fransaya qaz nəqlini dayandırır!
Fransanın ən böyük elektrik tədarükçülərindən biri olan Engie şirkəti Rusiyanın Qazprom şirkətinin bu ilin iyun ayında ixrac qaz haqlarını ödəmədiyi üçün Fransaya qaz tədarükünü azaltdığını açıqlayıb. Bu proses ixrac dayandırılana qədər davam edir və onun yenidən bərpa olması üçün Engie şirkətinin borcları tam ödənilənə qədər davam edəcək. Engie şirkətinin açıqlamasına görə, şirkətin müştəriləri qarşısında öhdəliklərini və ehtiyaclarını ödəmək üçün kifayət qədər ehtiyat qazı var. Bundan əlavə, Əlcəzairin Sonatrac şirkəti ilə Rusiya qazını əvəz etmək üçün danışıqlar aparılır.
Fransa Enerji Tənzimləmə Komissiyasının rəhbəri Emmanuel Varqonun sözlərinə görə, hazırda Fransanın qaz ehtiyatları 91 faiz doludur. Həmçinin Fransa Müdafiə Şurası yaxın vaxtlarda bu ölkənin prezidenti Emmanuel Makronun sədrliyi ilə qaz və elektrik təchizatı planları ilə bağlı iclas keçirəcək.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119 – Gün 120 – Gün 121 – Gün 122 – Gün 123 – Gün 124 – Gün 125 – Gün 126 – Gün 127 – Gün 128 – Gün 129 – Gün 130 – Gün 131 – Gün 132 – Gün 133 – Gün 134 – Gün 135 – Gün 136 – Gün 137 – Gün 138 – Gün 139 – Gün 140 – Gün 141 – Gün 142 – Gün 143 – Gün 144 – Gün 145 – Gün 146 – Gün 147 – Gün 148 – Gün 149 – Gün 150Gün 151Gün 152Gün 153Gün 154Gün 155Gün 156Gün 157Gün 158Gün 159Gün 160Gün 161Gün 162Gün 163Gün 164Gün 165Gün 166Gün 167Gün 168Gün 169Gün 170Gün 171Gün 172 Gün 173Gün 174Gün 175Gün 176Gün 177Gün 178Gün 179Gün 180Gün 181Gün 182Gün 183Gün 184Gün 185Gün 186Gün 187Gün 188

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.