SEPAH Fars Körfəzində Amerikanın uzaqdan idarə olunan qayığını ələ keçirərək xəbərdarlıq etdi + VİDEO

Çərşənbə, 31 Avqust 2022 - 14:06
https://az.iswnews.com/?p=12518

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, avqustun 30-da Fars körfəzində İran İnqilabı Keşikçiləri Korpusu Donanmasının dəstək gəmisi tərəfindən idarə olunan və yedəyə alınan Amerikanın uzaqdan idarə olunan qayığı bir müddət sonra buraxılıb.

Rəsmilərin bildirdiyinə görə, bu uzaqdan idarə olunan qayığın idarəetmə mərkəzi ilə naviqasiya əlaqəsi kəsilibmiş və İran İnqilabı Keşikçiləri Korpusu Fars körfəzindəki gəmi yolunun təhlükəsizliyini təmin etmək məqsədi ilə onu ələ keçirib və nəhayət, Amerika freqatı USS Thunderbolt-un bölgədə iştirakı ilə onu təhlükəsizlik məsələləri və təhlükə olmadan naviqasiya olunma məsələləri ilə xəbərdarlıq etdikdən sonra Amerikanın uzaqdan idarə olunan qayığı buraxılıb.

“Amerikanın uzaqdan idarə olunan qayığı Fars körfəzində əlaqəsinin kəsilməsi və sərgərdanlığı” onun SEPAH tərəfindən ələ keçirilməsinin əsas səbəbi olduğu deyilsə də, görünən odur ki, bu gəminin naviqasiya əlaqəsi SEPAH-ın elektron döyüşündən sonra kəsilib ağıllı bir hərəkətlə bu qiymətli əşya ələ keçirilib.

Qeyd etmək lazımdır ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması Qərbi Asiya regionunda “şəbəkə donanması” yaratmaq məqsədi ilə keçən ildən bəri Task Force 59 kimi tanınan yeni işçi qrupu yerləşdirib. Fars körfəzi, Hörmüz boğazı, Oman dənizi, Bab Əl-Məndəb boğazı, Qırmızı dəniz də daxil olmaqla Süveyş kanalı və Hind okeanının bəzi hissələri ABŞ 5-ci Donanmasının nəzarəti altında olan ərazilərdə qabaqcıl uzaqdan idarə olunan sistemlərin dəniz və sahil əməliyyatları ilə sürətli inteqrasiyası, bu qrupun əsas vəzifələrindəndir.

Daha çox oxuyun: Xüsusi İşçi Qrup 59, ABŞ-ın regionda sərnişinsiz və uzqdan idarə olunan dəniz sistemləri

ABŞ-ın uzaqdan idarə olunan qayığları və ya “dron katerləri” adlandırılan qayığlar Fars körfəzinə daxil olmasının əsas məqsədi İranın cənub sularında Amerika Hərbi Dəniz Qüvvələri üçün döyüş gücünü və intensiv və aşağı riskli dəniz münaqişələrinin qarşısının alınmasını artırmaqdır. Suda və sualtı uzaqdan idarə olunan qayıqların bir çox dəyərli imkanları var. Bu imkanlar İranın minalarla mübarizə sistemləri, kiçik sualtı qayıqları və sürətli qayıqları ilə mübarizə aparmaq üçün Fars körfəzində xüsusilə dayaz sularında çox əhəmmiyyət kəsb edir.
Nəticə etibarı ilə bu sistemlərin Fars körfəzində olması İran üçün bir sıra risklər və həmçinin bir sıra faydalar gətirir! Amerikanın uzaqdan idarə olunan qayıqlarının qabaqcıl və tələb olunan nümunələrinin tutulması, şübhəsiz ki, İranın uzaqdan idarə olunan qayıqlarının yarımçıq qalmış layihələrinin tamamlanmasına əhəmiyyətli təsir göstərəcək və İranın Fars körfəzi sularında üstünlüyü qorunub saxlanılacaq.

Bu hadisə ilə bağlı amerikalılar tərəfindən yayılan video
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.