İraqda iğtişaşların sonu; Sədrin son hadisələrlə bağlı mətbuat konfransı

Çərşənbə axşamı 30 Avqust 2022 - 21:25
https://az.iswnews.com/?p=12509

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Müqtəda Sədrin son hadisələrlə bağlı çıxışından sonra onun tərəfdarları Yaşıl Zonanı tərk edib və İraqın Birgə Əməliyyat Komandanlığı Bağdad və bu ölkənin digər əyalətlərində komendant saatını ləğv edib.

İraqın paytaxtı ardıcıl ikinci gündür ki, Sədr hərəkatının lideri Müqtəda Sədrin tərəfdarları ilə İraq təhlükəsizlik qüvvələri arasında intensiv silahlı toqquşmaların şahidi olub və bu toqquşmalarda 30 nəfər həlak olub, 110-u İraq təhlükəsizlik qüvvələri olmaqla 700-dən çox insan yaralanıb.

Bu hadisələr Müqtəda Sədrin İraqda son iki gündə baş verənlərə münasibət bildirməsinə səbəb olub. Nəcəf Əşrəfdə mətbuat konfransında iştirak edən o, “İraqda baş verənlərə görə çox narahatam. Mən İraq xalqından üzr istəyirəm. Baş verənlərin yeganə qurbanı iraqlılardır. Qatil də, öldürülən də cəhənnəmlikdirlər. Mənim ölkəm korrupsiyaya tutulduqdan sonra, təəssüf ki, həm korrupsiya və həm zorakılığa düçar olub. Zorakılıq və qətllə təhrif edilmiş nə pis inqilabdır. Bu, inqilab deyil”.

O, “Bu gün İraq korrupsiya və zorakılığın məngənəsindədir. Ümid edirdik ki, aksiyalar silahlı olmayaydı, dinc xarakterli olaydı. Zorakılıqla qarışdırılan inqilab inqilab deyil. Mən indi Sədr hərəkatının inqilabını tənqid edirəm. Sərayə Əs-Səlam qüvvələri həyasız milislərdir. Təhlükəsizlik qüvvələrinə və Həşd-Şəəbi təşkilatına neytral mövqe tutduqlarına görə təşəkkür edirəm. Silahlı Qüvvələrin Baş Komandanlığını da yüksək qiymətləndirirəm”.

Çıxışına davam edən Sədr Bağdadın Yaşıl Zonasındakı bütün tərəfdarlarından növbəti 60 dəqiqə ərzində aksiyanı dayandırıb geri çəkilmələrini istəyib. O, “Sədr hərəkatı yaxın 60 dəqiqə ərzində aksiyanı tərk etməsə, mən Sədr hərəkatından bəraət edib başqa mövqe tutacağam” deyə hədələyib.

Sədrin verdiyi vaxtdan sonra bu hərəkatın tərəfdarları İraq hərbçiləri ilə münaqişəyə son qoyaraq Bağdadın Yaşıl Zonasını tərk ediblər. Bununla əlaqədar İraqın Birgə Əməliyyatlar Komandanlığı Müqtəda Sədrin çıxışından sonra Bağdad və ölkənin digər əyalətlərində komendant saatını ləğv edib.

Sədrin çıxışı bitdikdən bir neçə saat sonra İraqın bəzi tanınmış rəsmiləri və xadimləri ayrı-ayrı mesajlarda İraq xalqından üzr istəmək və son münaqişələrə son qoymaq mövqeyinə görə onu dəstəkləyib və təşəkkür ediblər.

Daha çox oxuyun:
Məqalə: İraqda baş verən son iğtişaşların səbəbi nədir?
İraqdakı son hadisələr; Ayətullah Hairinin açıqlamasından Sədrin siyasətdən uzaqlaşmasına qədər! + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir