İngiltərənin təyyarədaşıyan gəmisi sıradan çıxıb!

Bazar ertəsi 29 Avqust 2022 - 21:58
https://az.iswnews.com/?p=12468

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 73 yaşlı Uels şahzadəsi və İngiltərə vəliəhd şahzadəsinin adını daşıyan İngiltərənin “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi xüsusi missiyasının ilk günündə sıradan çıxıb.

Bu 65.000 tonluq gəmi İngiltərənin ikinci təyyarədaşıyan gəmisidir və bu missiya onun ilk missiyası hesab olunurdu.

İngiltərənin Hərbi Dəniz Qüvvələrinin sözçüsü problemlə bağlı araşdırma elan edərkən bunu “mexaniki problem” adlandırıb. Hal-hazırda, keçən il tam istifadəyə verilən 3 milyard funt sterlinq dəyərində olan təyyarədaşıyan gəmi White adasının cənub-şərqində dayanıb.

Müdafiə mövzularına diqqət yetirən UK Defence Journal xəbər saytı təyyarədaşıyan gəminin sağ pərvanəsinin zədələndiyini deyib. Həmçinin davam edib ki, bu texniki nasazlığın əhəmiyyətli olduğunu və gəminin səfərinin bir müddət təxirə salınacağını bildirib.

HMS Prince of Wales təyyarədaşıyan gəmisi Nyu-Yorka ilk səfərində beşinci nəsil F35 qirici təyyarələrini təhvil almalı və istifadəyə başlamalı idi. Bu səfərin digər istiqaməti Kanadadakı Halifax və daha sonra səfər planının bu uğursuzluğu səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Karib dənizi idi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir