İmam Xamenei müqəddəs Məşhədə səfəri zamanı İmam Rza (ə) qəbirinin təmizlənməsi mərasimində iştirak edib + FOTO və VİDEO

Bazar ertəsi 29 Avqust 2022 - 01:29
https://az.iswnews.com/?p=12421

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi khamenei.ir saytına istinadən xəbər verir ki, İran İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Uzma Seyid Əli Hüseyni Xameneinin iştirakı ilə Həzrət Samin Əl-Hücəc İmam Əli ibni Musa Ər-Rza əleyhis-salamın müqəddəs qəbiri mənəviyyatla dolu bir atmosferdə təmizlənib.

İran İslam İnqilabının Ali Dini Lideri müqəddəs Məşhədə səfəri zamanı – İranda Korona vəziyyətinin dəyişməsindən sonra həyata keçirilib – bir qrup alim və İmam Rza (ə) hərəminin xidmətçilərinin iştiraki ilə Qurani kərim və Camieyi-Kəbirə ziyarətinin üxunması və Əhli-beytin (ə) müsibətlərinin zikr edilməsi ilə bahəm İmam Rzanın nurlu qəbirinin təmizlənməsi mərasimi məhərrəm ayının son günlərində həyata keçirildi.

Qeyd edək ki, mənbə səfərin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb, lakin xəbər 28 avqust (məhərrəm ayının 30-u) tarixində verilib.

Yüksək Keyfiyyətli Video

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir