Kormor qaz yatağına olan raket hücumu zərərsizləşdirilib + FOTO

Bazar ertəsi, 29 Avqust 2022 - 00:29
https://az.iswnews.com/?p=12396

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Emirates Dane Gas Company-nin idarəçiliyində olan İraqın Kürdüstan bölgəsində yerləşən Çamçamal məntəqəsindəki Kormor qaz yatağına raket hücumu İraqın Kürdüstan bölgəsinin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Avqustun 28-də İraqın Kürdüstan bölgəsinin təhlükəsizlik qüvvələri Qadir Kərəm bölgəsində atəş açılmazdan əvvəl Kormor qaz yatağına atılmağa hazır bir neçə raket aşkar edərək raket hücumunun qarşısını alıblar. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, İraqın Süleymaniyyə əyalətindəki Kormor qaz yatağı bu il iyunun 22, 24 və 26-da naməlum dəstələr tərəfindən raket hücumuna məruz qalıb.

Daha çox oxuyun: 72 saat ərzində Kormor qaz yatağına üç raket hücumu!

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.