Fələstində baş verən son hadisələr, 27 Avqust 2022

Şənbə 27 Avqust 2022 - 21:52
https://az.iswnews.com/?p=12306

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin müharibə naziri Benni Qantz ABŞ-dakı “Centcom” terror təşkilatının qərargahının komandiri Maykl Kurila ilə görüşüb. Həmçinin görüşdə İsrail və Amerika orduları arasında əməkdaşlığın artırılması və Yaxın Şərqdə İran təhdidləri ilə mübarizə yolları kimi məsələlər müzakirə olunub.

– Avqustun 27-də sionist rejimin 12-ci kanalı işğal olunmuş Fələstinin Ben-Qurion hava limanında qeyri-adi hadisə barədə məlumat verib. Bu hava limanında naməlum dronun uçuş-enmə zolağına daxil olduğu və bu hadisədən sonra Nyu-Yorkdan gələn bir təyyarənin uçuş marşrutunun dəyişdirildiyi bildirilir.
– Avqustun 27-də sionist rejim əsgərləri Qəzza zolağının şimal və cənub sularında fələstinli balıqçıları hədəfə alıblar. Fələstin Balıqçılar Komitəsi bu hücumdan sonra bir qayığın batdığını açıqlayıb.
– HƏMAS-ın siyasi ofisinin sədr müavini Saleh Əl-Aruri, siyasi ofisin üzvü və siyasi ofisin Qəzzadakı sədr müavini Xəlil Əl-Həyyə, bu hərəkatın siyasi ofisinin üzvü Zahir Cəbarin və bu hərəkatın bir sıra digər liderlərindən ibarət nümayəndə heyəti İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə ilə Beyrutda görüşüblər.

– Sionist həbsxanasında müvəqqəti saxlanmasına etiraz olaraq altı ay əvvəldən aclıq aksiyası keçirən fələstinli məhbus Xəlil Əvavidə aclıq aksiyası başlayandan bəri ilk dəfə uşaqları ilə görüşüb.

– Avqustun 27-də Fələstin müqavimət qüvvələri Nablusun şimal-qərbində yerləşən sionist Şavi Şimron qəsəbəsində sionist rejimin təhlükəsizlik qüvvələrinə məxsus avtomobili güllə atəşlərinə tutublar. Bu hadisə nəticəsində ölən olmayıb.
– İsrailin Türkiyədəki səfirliyinin məsul müavini İrit Lilian, İsrail rejiminin bir neçə həftə ərzində Ankaraya öz səfirini geri qaytaracağını bildirərək, İsrailin HƏMAS İslami müqavimət hərəkatının İstanbuldakı ofisini bağlamaq istədiyini bəyan edib.
– Sionist rejimin müharibə naziri Benni Qantz ABŞ-dakı “Centcom” terror təşkilatının qərargahının komandiri Maykl Kurila ilə görüşüb. Həmçinin görüşdə İsrail və Amerika orduları arasında əməkdaşlığın artırılması və Yaxın Şərqdə İran təhdidləri ilə mübarizə yolları kimi məsələlər müzakirə olunub.
– Sionist rejimin keçmiş baş naziri Ehud Olmert bəyan edib ki, hazırkı vəziyyətdə sionist rejimin üzləşdiyi ən böyük strateji təhlükə Benyamin Netanyahunun hakimiyyətə qayıdışıdır və bu, İranın nüvə proqramından daha təhlükəlidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir