İsrailin Azərbaycanda nüfuzu artır + FOTO

Şənbə 27 Avqust 2022 - 19:27
https://az.iswnews.com/?p=12274

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist İsrail rejimi uşaq və yeniyetmələrə futbol öyrətmək üçün Bakıda Makkabi Futbol Klubunu işə salıb. Klub rəsmiləri komandanın fəxri 10 nömrəli formasını İsrail səfiri Corc Dikə də təqdim ediblər.

Həmçinin, nadir xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşağı müalicə etmək üçün İsrailin altı nəfərdən ibarət tibbi qrupu Azərbaycana gəlib. Ehtimal olunur ki, bu tibbi qrup xəstələrin əlavə müalicə üçün işğal olunmuş Fələstin ərazilərinə göndərilməsi üçün ilkin müayinələr aparır. Bu qrupu Heydər Əliyev Fondu və bu fondun müavini, Azərbaycan Prezidentinin böyük qızı Leyla Əliyeva dəvət edib.

Göründüyü kimi, İsrail rejimi bu Cənubi Qafqaz ölkəsində uzunmüddətli təsir layihəsi həyata keçirir və buna uyğun olaraq aşağı yaş qruplarının təhsilinə sərmayə qoyur.

Azərbaycanın kənd təsərrüfatında İsrailin daha böyük nüfuzu

İsrailin kənd təsərrüfatı naziri ötən həftə Bakıya gedib və azərbaycanlı həmkarı tərəfindən isti münasibətlə qarşılanıb. Azərbaycan mətbuatının məlumatına görə, hər iki hökumətin kənd təsərrüfatı nazirləri texnologiya transferi və tələbə hazırlığı üzrə anlaşma memorandumu imzalayıblar. İsrailin Qabaqcıl Kənd Təsərrüfatı Mərkəzi (AICAT) və Azərbaycan Dövlət Aqrar Universiteti bu memorandum əsasında bir-biri ilə əməkdaşlıq edəcəklər. Bu memorandumun ilk addımı bir il müddət üçün 50 tələbənin işğal olunmuş ərazilərə təlim keçmək üçün göndərilməsidir.

Azərbaycan və İsrail arasında əməkdaşlıq sazişinin imzalanması

Bu ölkənin tələbatının böyük hissəsini taxıl, yağlı bitkilər, meyvə və tərəvəz idxalı təşkil edir. Azərbaycan Respublikası bu planı qonşu ölkələrdən, o cümlədən Rusiya və İrandan kənd təsərrüfatı məhsullarının idxalından asılılığını azaltmaq üçün həyata keçirir.

Ukraynadan taxıl ixracı böhranı və Rusiyanın taxıl ticarətinə qoyulan embarqodan sonra Bakı hökuməti İsrailin köməyi ilə bu ölkənin düzənliklərində buğda istehsal etməyə çalışır. İsrail qurumları bu ölkədə quru və aşağı su şəraitinə uyğun yeni becərmə və suvarma üsullarını tətbiq edirlər.

İşğal olunmuş ərazilərə göndəriləcək azərbaycanlı tələbələrin xatirə şəkli

İsrail müəssisələrinin Azərbaycanda olmasının nəticələrindən biri də 50 min yəhudi azlığının müasir əkin sahələrinin təmin edilməsi şərti ilə fermerlərin torpaqlarını almasıdır. Azərbaycanın Moqan düzündə və Talış bölgələrində müşahidə olunanlar bunu təsdiq edir. Azərbaycanda buğda sahələrinin və çay bağlarının alınması İran sərhədlərində həyəcan təbili çalır. Bu əməkdaşlıq Dap Türkiyə layihəsinin Araz çayının qollarında su bəndlərinin həyata keçirilməsi ilə yanaşı, sərhəd çayının su payının istifadəsi ilə bağlı fundamental böhran yarada bilər.

“Makkabi Bakı” klubunun formasının İsrail səfiri Corc Dikə hədiyyə edilməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir