İraqda baş verən son hadisələr, 26 Avqust 2022

Cümə, 26 Avqust 2022 - 23:19
https://az.iswnews.com/?p=12259

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livanın İctimai Təhlükəsizlik Komitəsinin Baş direktoru İraqda Speicher bazasının qətliamında iştirak etməkdə ittiham olunan Səddamın qardaşının nəvəsinin həbs edildiyini açıqlayıb.

1- Bağdad:
– Avqustun 26-da Bağdaddakı Avstraliya səfirliyinin karvanı yolunda əldəqayırma partlayıcı qurğu partladı və avtomobillərin birinə ziyan dəydi. Hələlik heç bir qruplaşma bu partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

– Avqustun 18-də Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Talibani Bağdadda Əsaib Əhlil-Həq müqavimət dəstəsinin baş katibi Qeys Əl-Xəzəli ilə görüşüb və söhbət edib.

2- Neynəva:
Avqustun 3-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası 50 ədəd “Fəcr-1” raketi ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bu hücum nəticəsində 4 türk əsgərinin həlak olduğu bildirilir.

Daha ətraflı: Türkiyə ordusunun Neynəva vilayətinin şimalındakı bazasına raket hücumu olub

3- Səlahəddin:
– Avqustun 23-də Səlahəddin əyalətində Amerika işğalçılarının logistik karvanı İraq müqavimət dəstələri tərəfindən hücuma məruz qaldı.

Daha ətraflı: İraqda Amerika işğalçılarının logistik karvanına hücum olub + VİDEO

– Avqustun 21-də Səlahəddin əyalətində Amerika işğalçılarının logistik karvanı Livau Serul-Mühəndis müqavimət dəstəsi tərəfindən hücuma məruz qalıb.

Daha ətraflı: İraqda Amerika işğalçılarının logistik karvanına hücum olub

4- Bəsrə:
Bəsrədə Həşd-Şəəbi Təşkilatının 7-ci Briqadasının qüvvələrinin təhlükəsizlik təlimi keçirilib. Bu təlimə birbaşa qarşıdurma, girovların azad edilməsi, partizan döyüşlərində qərargahın təhlükəsizliyi, şəxsiyyətlərin müdafiəsi və gəmilərin ələ keçirilməsi daxildir və Həşd-Şəəbi qüvvələrinin döyüş hazırlığının artırılması məqsədi ilə həyata keçirilib.

5- Əl-Müsənna:
Avqustun 25-də Əl-Müsənna vilayətində Amerika işğalçılarının logistik karvanı İraq müqavimət dəstələrinin hücumuna məruz qaldı.

Daha ətraflı: İraqda Amerika işğalçılarının logistik karvanına hücum olub

6- Avqustun 23-də İraqın Ali Məhkəmə Şurası, federal məhkəmənin təhdidi ilə bağlı cinayətkarları araşdırmaq üçün sübutlar toplamağa başladığını açıqladı.

7- Avqustun 24-də İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Yəhya Rəsul siyasi mübahisələrdə təhlükəsizlik və hərbi orqanların neytrallığının zəruriliyini vurğulayaraq bir bəyanat yayaraq bildirib: “Təhlükəsizlik orqanlarına siyasi bəyanatlar vermələrinə icazə verilmir”.

8- Avqustun 19-da Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi, bu ölkənin vəliəhdi Məhəmməd bin Salmanın İraq Milli Hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim ilə Ciddədə görüşdüyünü bildirdi.

9- İraqın Kürdüstan bölgəsində yerləşən Ərbildə keçirilən mətbuat konfransı zamanı İran Kürdüstan Demokrat Partiyasının baş katibi Mustafa Həcəri ilə Kürdüstan Demokrat Partiyasının baş katibi Xalid Əzizi arasında saziş imzalanıb. Sazişə əsasən bu iki partiya birləşdikdən sonra İrana qarşı fəaliyyətlərini davam etdirmək üçün “İran Kürdüstan Demokrat” partiyası adından istifadə edəcəklər .

Daha ətraflı: İranın Kürdüstan Demokrat Partiyası 16 ildən sonra Kürdustan Demokrat Partiyası ilə yenidən birləşdi!

10- Andreas Fibari Avropa İttifaqının İraqdakı nümayəndə heyətinin yeni rəhbəri kimi avqustun 17-də fəaliyyətə başlayıb.

11- Avqustun 19-da Livanın İctimai Təhlükəsizlik Komitəsinin Baş direktoru, briqada generalı Abbas İbrahim İraqdakı Speicher qətliamında iştirak etməkdə günahlandırılan Səddamın ögey qardaşının nəvəsi “Abdullah Yasir Əs-Səbaavinin” həbs edildiyini açıqladı.

12- Avqustun 20-də yeni yaradılmış “Təşkilul-Varisin” dəstəsi “Qasim” adlı bir neçə kamikadze dronundan istifadə etməklə Küveytdə yerləşən Əli Əs-Salim aviabazasında Amerika ordusunun mövqelərinə dron hücumu ilə bağlı bəyanat yayıb.

Daha ətraflı: Yeni qurulan İraq müqavimət dəstəsi Küveytdəki Amerika ordusuna aid aviabazaya dron hücumundan xəbər verib + VİDEO və FOTO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.