Orta Asiyada baş verən son hadisələr, 26 Avqust 2022

Cümə, 26 Avqust 2022 - 22:27
https://az.iswnews.com/?p=12245

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin Xarici İşlər Nazirliyinin nümayəndələri Tacikistan Xarici İşlər Nazirliyinin rəsmiləri ilə bu ölkənin paytaxtı Düşənbə şəhərində Tacikistanın təhlükəsizlik strukturları ilə bağlı strateji əməkdaşlıqları müzakirə ediblər.

Əfqanıstan:
1- Pəncşir:

– Avqustun 19-da yerli mənbələr Əhməd Məsud qüvvələri ilə döyüş cəbhələrinə onlarla pakistanlı Təhrik-e-Taliban silahlısının göndərilməsini iddia etdilər.

– Avqustun 20-də Taliban silahlıları Xənc rayonunun Pişğor kəndində Əhməd Məsud qüvvələrinin mövqelərinə qarşı əməliyyata başlayıb.

– Avqustun 20-də Taliban lideri Molla Həbtullah Axundzadə bu qrupun müdafiə nazirinin müavini Molla Əbdül Qəyyum Zakirini Pəncşir və Bəğlan cəbhələrində müharibənin məsulu, Molla Təyyib Həqqanini isə Pəncşirin təhlükəsizlik komandiri vəzifəsinə təyin etdi.

– Avqustun 21-də Talibanın Müdafiə Nazirliyi Pəncşir və Bəğlan əyalətlərində döyüş cəbhəsindən qaçanlara 200 min əfqan (2500 dollar) məbləğində pul cəriməsi və 6 ay həbs cəzası təyin etdi.

– Avqustun 21-də Raxe rayonunda yerləşən Qərquti kəndində Taliban silahlılarını daşıyan avtomobilin yolunda bomba partladılması nəticəsində bir neçə Taliban silahlısı öldürülüb və yaralanıb.

– Avqustun 22-də Taliban silahlıları Dərre rayonunun Şəhid Mirzə kəndində yerləşən “Şəhid Məlik Mirzə” orta məktəbini bağlayaraq hərbi qərargaha çevirdilər.

– Avqustun 22-də Taliban silahlıları Xənc rayonunun Əmrəz kəndində yüzdən çox dinc sakini Əhməd Məsudun qüvvələri ilə əməkdaşlıq etmək ittihamı ilə həbs edib və onlara işgəncə veriblər.

– Avqustun 22-də Əhməd Məsudun qüvvələri Xənc rayonunda yerləşən Tənbənə və Pişğor dağlarında Talibanın müdafiə nazirinin müavini Molla Əbdül Qəyyum Zakirin komandanlığı altında Taliban silahlılarının karvanına hücum edib.

– Avqustun 22-də Raxe rayonunda yerləşən Məlaxil kəndində Taliban silahlılarını daşıyan avtomobilin yoluna qoyulmuş bombanın partlaması nəticəsində bir neçə Taliban silahlısı həlak olub və yaralanıb.

2- Təxar:

– Avqustun 23-də Əhməd Məsud qüvvələri Taliban silahlılarının İşkemeş rayonunda yerləşən Ənciristan kəndində və Fərxar rayonunda yerləşən Çəmən Xəsde bölgəsindəki mövqelərinə hücum edib.

– Avqustun 24-də Əhməd Məsud qüvvələri Taliban silahlılarının Nəmək Ab şəhərində yerləşən Şulaş kəndindəki postuna hücum edib.

3- Bəğlan:

– Avqustun 20-də Əhməd Məsud qüvvələrinin Pole Hisar şəhərində yerləşən Taqank kəndində həyata keçirdiyi qəfil əməliyyat nəticəsində bir neçə Taliban silahlısı öldürülüb və yaralanıb.

– Avqustun 23-də Nəhrin şəhərində yerləşən Həzar kəndində Əhməd Məsud qüvvələri ilə Taliban silahlıları arasında baş verən toqquşma nəticəsində iki Taliban silahlısı və Əhməd Məsud qüvvələrinin cəbhə komandirlərindən biri “Mövlana Əmruddin” öldürülüb.

4- Bədəxşan:
Avqustun 20-də iyirmi taliban silahlısı Feyzabad şəhərində Taliban ordusunun təlim bazasından qaçıb.

5- Kabil:

– Avqustun 21-də Taliban liderinin əmri ilə “Zəbihullah Mücahid” Talibanın İnformasiya və Mədəniyyət Nazirliyinin müavini vəzifəsindən azad edilib və onun yerinə “Moləvi Həyatullah Mühacir Fərahi” təyin edilib.

– Avqustun 26-da Kabil şəhərinin ətrafında yerləşən Əl-Vəxil kəndində Taliban silahlıları ilə naməlum silahlı şəxslər (ehtimal ki, İŞİD) arasında baş vermiş toqquşma nəticəsində iki nəfər həlak olmuş, üç nəfər həbs edilmişdir.

6- Qəzni:
Avqustun 20-də Azadeqan Cəbhəsi qrupunun bəyanatına əsasən, Qəzni şəhərinin ikinci rayonunda bu qrup silahlılarının Talibana hücumu nəticəsində iki nəfər həlak olub, dörd Taliban silahlısı yaralanıb.

7- Daykendi:
Avqustun 20-də Taliban silahlıları Pato rayonunun Qəxor kəndinin sakinlərini keçmiş hökumət qüvvələri ilə əməkdaşlıq etdiklərinə görə yüzlərlə ton buğda və badam cərimələyiblər.

8- Bəlx:

– Avqustun 21-də Taliban kəşfiyyatının silahlı qüvvələri Məzari-Şərifdə İŞİD-in təbliği və cəlb edilməsi ilə məşğul olan Molla Şakirullah Konorini həbs edib.

– Avqustun 24-də Məzari-Şərif şəhərində yerləşən Dərvazə Bəlx məhəlləsində bombanın partlaması nəticəsində bir mülki şəxs həlak olmuş, 6 nəfər isə yaralanmışdır.

Video: Molla Şakirullah Konorinin Məzari-Şərifdə həbsi
Video: Məzari-Şərif şəhərində yerləşən Dərvazə Bəlx məhəlləsində partlayış anı

9- Səmənqan:

– Avqustun 24-də Taliban silahlıları Bağe Cahan Numa kəndində əvvəlki hökumətdə Xalem şəhərinin təhlükəsizlik qüvvələrinin komandanı olan polkovnik Qari Əbdül Qədiri güllələyiblər.

– Avqustun 25-də Taliban silahlıları Həzrət Sultan şəhərində yerləşən Tixonak kəndində “Camiəti-İslami”nin komandirlərindən və Əta Məhəmməd Nurun tərəfdarlarından Məhəmməd Səlim Bayı güllələyiblər.

10- Kapisa:

Avqustun 23-də Əhməd Məsud qüvvələrinin Birinci Hissə rayonunda yerləşən Pənah Xeyl kəndində Taliban silahlılarının bölməsinə hücumu nəticəsində bir neçə taliban silahlısı öldürülüb və yaralanıb.

11- Hərat:

– Avqustun 24-də Taliban silahlıları İslam Qala sərhəd-keçid məntəqəsində Əfqanıstandan çıxarkən “Məhəmməd Şah Omri” adlı qaçaq komandirlərindən birini həbs edərək güllələyiblər.

12- Pərvan:

– Avqustun 23-də Azadeqan Cəbhəsi silahlıları Cəbəl əl-Sərrac şəhərində yerləşən Qolbahar kəndində Taliban silahlılarının bazasına hücum ediblər.

Pakistan:

1- Avqustun 23-də Əfqanıstanın İslamabaddakı səfirliyi bu səfirlikdə Talibanın bayrağını qaldırdı.

2- Avqustun 25-də Bəlucistan Azadlıq Cəbhəsi bu qrupun Bəlucistan əyalətində yerləşən Kiç şəhərinin Kulavah bölgəsinə hücumları nəticəsində 7 Pakistan ordusu əsgərinin həlak olduğunu iddia etdi.

Tacikistan:

1- Tacikistanın Elektrik Enerji Layihə ofisinin rəhbəri Feyzəli Səmiovun sözlərinə görə, Tacikistan və Qırğızıstandan “Casa Hazar” layihəsi adı altında Əfqanıstan və Pakistana elektrik enerjisinin nəqli layihəsinin icrası Əfqanıstandakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar dayandırılıb.

2- Avqustun 23-də Tacikistan Milli Məclisinin sədri Məhəmməd Taer Zəkərzadənin dəvətindən sonra İran-Tacikistan Parlament Dostluq Qrupunun rəhbəri Cəlil Rəhimi Cahanabadi bu qrupun üzvlərindən ibarət nümayəndə heyətinə başçılıq edərək Düşənbəyə səfər edib. Bu səfər iki ölkə arasında parlamentlərarası əlaqələrin səviyyəsinin genişləndirilməsi, iqtisadiyyat, ticarət və mədəniyyət üzrə əməkdaşlıq məqsədi ilə həyata keçirilib.

3- Tacikistan prezidenti Emoməli Rəhmon bu ilin sentyabr ayının əvvəlində Bədəxşan Muxtar Vilayətinə səfər edəcək.

4- Sionist rejimin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin baş direktoru Simona Halperin Tacikistanın xarici işlər nazirinin müavini Müzəffər Hüseynzadə ilə uğurlu görüşü elan edib. Bu görüşdə tərəflər Tacikistanın təhlükəsizlik strukturlarında strateji əməkdaşlığı müzakirə ediblər.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.